Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə150/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
155 
sövdələşmədə danışıqlar aparılması taktikasını dəyişmək xarakterik 
deyildir. 
Yaponlar üçün partnyorları onlara böyük güzəştlər edəcəyi 
təqdirdə onlara pozitiv münasibətlə cavab verməyə can atmaq 
xarakterikdir. Partnyorların etdikləri güzəştlər onları yaponların 
gözündə hər zaman daha yüksək edir. Yaponlar bunu bir növ 
özlərinə qarşı hörmət olaraq qəbul edirlər. Praktik olaraq bu, 
hansısa başqa bir məqamda yaponların da onlara qarşılıqlı güzəştə 
gedəcəyi mesajını verir. 
Yaponlarla danışıqlarda unutmamaq lazımdır ki, onlar “yox” 
sözünü deməkdən qaçırlar. Onlar öz narazılıqları və etirazlarını 
təbəssümlə ifadə edirlər. Hətta ikinci çayı istəyib istəməməklə bağlı 
yapona verilən suala o “Təşəkkür edirəm, ehtiyac yoxdur” əvəzinə 
hərfi tərcümədə “Mən belə də çox rahatam” ifadəsini bildirərək 
cavab verirlər. 
Yaponlar bütün bacarıqları ilə həmsöhbətlərini dinləməyə 
olan maraqlarını nümayiş etdirirlər. Avropalılar isə bu davranışı 
çox zaman söylənilən təklifə razılıq əlaməti olaraq şərh edirlər. 
Əslində isə hədsiz diqqət, baş ilə razılıq bildirmə və yapon ifadəsi 
olan “xay” (“hə”) heç də razılığı bildirmir. Bu sadəcə olaraq 
söylənilən məlumatın eşidildiyi və ya anlaşıldığını bildirmək üçün, 
eyni zamanda həmsöhbətin fikrini davam edə bilməsi üçün bir işarə 
rolunu oynayır. Belə çıxır ki, yaponlar özləri qarşı tərəfə yalnış 
siqnallar ötürürlər. Buna əsasən, onların qeyri-dürüst və məkrli 
olmasını düşünmək olar. Həqiqətdə isə yaponlar sadəcə ölkələrində 
qəbul edilmiş adətlərə uyğun olaraq etik norma və qaydalara əməl 
edirlər.
Suallar 
4. Mədəniyyətlər arası adaptasiya probleminin mahiyyəti nədən 
ibarətdir?
5. Sosial davranışın tənzimlənməsinin mədəni müxtəlifliyi 
haqqında məlumat verin.
6. İndividualist mədəniyyət dedikdə nə başa düşürsünüz?
7. Kollektivist mədəniyyət dedikdə nə başa düşürsünüz?



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin