ETNOPSİXOLOGİYA 164
bayram süfrələri açmalıdırlar. Bir məqamı da xatırlamaq lazımdır
ki, bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq
libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca
süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə
bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs
ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-
bezarının elə köhnə ildə də qalmasını arzulayır. Novruz
bayramında süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar
düzülür. Süfrənin bəzəyi isə səməni olur. Novruz bayramında hər
evdə səməni cücərdilməlidir. Cücərdərkən niyyət tutmaq lazımdır.
Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir.
Novruz bayramında milli adətlərimizdən biri də, yumurta
boyamaqdır. Bəzədilmiş yumurta, qədim mədəniyyətləri olan
xalqların mərasimlərində dünyanın yenidən canlanmasının rəmzi
kimi xarakterizə edilərdi. Bayram süfrəmizi şəkərbura, paxlava ilə
bərabər rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin
yenidən oyanışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır.
Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin
təcəssümüdür.
Təbii ki, bu halda süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları
da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər
birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram
günü hər kəs öz evində olmalıdır. Qəm-kədəri unudub, şən əhval-
ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər. Novruz bayramı
bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd
ünsürdən su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi,
Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir
ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su, yəni Bahara doğru çayların
buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş
islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu
anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır,
isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar
qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq
oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir,