ETNOPSİXOLOGİYA 160
səslə danışırlar. Gürcüstanlı qızlar digər Qafqaz xalqlarının
(Çərkəz) qızları kimi hündür görünürlər.
Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir.
“Qonaq Allah qonağıdır!” qapısını qonaq açan istənilən gürcü
evində belə deyirlər. Gürcüstanın müxtəlif bölgəsində fərqli süfrə
ənənələri vardır (Guria süfrəsi, Megreliya süfrəsi və.b) Evin sahibi
uzun stol açır, dostları çağırır, tamada dəvət edir, masanın üzərinə
“Borjomi” suyu və ən yaxşı şərabını qoyur. Məsələn, tünd yaqut
rəngli, zərif ətirli turş “Mukuzani” şərabı. Bütün dünyada məşhur
olan daha bir gürcü şərabı qırmızı kəmşirin “Kindzmarauli”dir.
Təcrübəli şərabçılar onu “möhtəşəm, yetişmiş və tez təsirləndirən,
nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi
qiymətləndirirlər
Supra gürcü süfrəsi həmişə sağlıqlarla və rəqslərlə müşayiət
olunur. Məclis ənənəvi çoxsəsli gürcü xoru ilə bitir, mərd igidlərin
və gözəl qadınların oxuduqları xalq mahnısı dağlarda əks-səda
verir. Dan yeri ağarana qədər yeyilən yeyilir, içilən içilir, üstündən
də mahnılar oxunur. Hava işıqlaşanda isə “meore supra”, ikinci
süfrə başlanır. Qonaqların qarşısına ağappaq təzə süfrə sərilir,
süfrəyə xoş ətirli dadlı qəlyanaltılar düzülür.
Yerli mətbəx, sözün əsl mənasında, yüksək sənət
nümunəsidir. Adi göyərtidən bir şey yaratmaq üçün nə qədər səy və
fantaziya lazım olduğu yalnız gürcü aşpazına bəllidir. Məsələn,
əfsanəvi concoli görünüşünə görə adi bitki budaqlarıdır, lakin
əslində, delikatesdir, yalnız bir yerdə Leçxumedə toplanır, duza
qoyulur və iki sutkadan artıq olmamaq şərtilə saxlanılır. Bir çəngə
ətirli göyərti keşniş, tərxun, reyhan, kəkotu, soğan, nanə masa
üzərində qoz sousunda təzə və bişmiş otların qarışığından ibarət
xırda doğranmış pxalinin yanında sadə ikebanaya bənzəyir.
Gürcüstan abidələrinə, adət-ənənələrinə, mətbəxinə görə
qədim ölkədir. Burada yerləşən abidələr qədim olmasına
baxmayaraq dövlət tərəfindən hələ də qorunub saxlanılır.
Kartlis Deda (gürcücə: “Gürcüstanın Anası”) Gürcüstan
paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəldir.