Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə156/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
162 
dəyişikliklərə rəqslərin rəqs tərzi, xarakteri, onların görünüşü səbəb 
olur. 
Rəqs elementi tam rəqsin tərkib hissəsidir. Bu hərəkətdir, 
hansı ki, hər bir insan özünəməxsus şəkildə yerinə yetirir. Məhz 
elementlərin yerinə yetirilməsinin fərqli üslubu rəqsin xarakterinin, 
üslubunun dəyişməsinə səbəb olur. 
Gürcü rəqsinin müxtəlif növləri mövcuddur. Onların öz 
yaranma və inkişaf tarixi vardır. Gürcü xalq rəqsləri: kartuli, 
mtiuluri, davluri, bağdaduri, qandaqana, samaya, xevsuruli, 
kintouri, xancluri və s. Rəqslərdən hər biri Gürcüstanın müxtəlif 
bölgəsinin xarakterini və ənənələrini bildirir. 
Ən məşhur gürcü rəqsi kartulidir. O, sevgi xarakterli rəqsdir, 
onu qadın və kişi ifa edir. Qadını zəriflik və utancaqlıq xarakterizə 
edir, oğlanı isə - möhkəmlik və özünə əminlik. Eləcə də qandaqana 
çox maraqlı və gözəl bir rəqsdir. Bu rəqs Acarıstanda yaranmışdır. 
Onu iki cür ifa edirlər: gah yalnız qadın və kişi ifa edir, gah da 
qadınlar və kişilər dəstəsi. 
Dağ xalqı üçün xancluri, xevsuruli və mtiuluri xarakterikdir. 
Onlar bədənin dili ilə sevgini, kişiliyi və qadına olan hörməti 
ötürürlər. 
Bundan başqa, hər bir rəqs öz xarakteri ilə fərqlənir, onların 
eləcə də fərqli zahiri xüsusiyyətləri var. Məsələn, kartuli rəqsi 
zamanı rəqqaslar başqa rəqs formasını geyinir, onların saç düzümü 
başqadır, nəinki mtiuluri rəqsi zamanı. Rəqs hansı bölgənindirsə, 
rəqs formaları da bu bölgənin xarakterini və ənənələrini əks etdirir. 
Gürcü rəqsi təkcə ənənə deyil, eləcə də çox gözəl görüntüdür. 
O, bədənin dili ilə tamaşaçıya Gürcüstanın müxtəlif guşələrinin 
əhval-ruhiyyəsini, onların hərarətini və gözəlliyini ötürür. Məhz 
bunun üçün də gürcü rəqsini həm gürcü və eləcə də xarici tamaşaçı 
əfsunluqla seyr edir. 
Ermənistan mədəniyyəti tarixən qədim olsa da işğalçılıq 
mövqeyində olduğuna görə digər xalqların da mədəniyyətlərini 
mənimsəmiş və öz mədəniyyətləri adıyla cəmiyyətə aşılamışlar. 
Qafqazda hər bir insan, həyatın əsas ötürücüsü oğlu olduğunu 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin