Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə155/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
161 
Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə 
Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca 
Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 
metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. 
Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost 
kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi 
gələnləri qarşılamaq üçün qılınc vardır. 
Rəqs musiqi ilə müşayiət olunan ritmik hərəkətdir. O, 
musiqinin xarakterindən, sürətindən və hərəkətlərindən asılı olaraq 
fərqli olur. Rəqslər mənşələrinə görə də fərqlənir. Dünyanın bütün 
xalqlarının öz rəqsləri var, bu onlar tərəfindən düşünülmüş və onlar 
üçün sevimli olan rəqslərdir. Qafqaz xalqları üçün rəqs, adət və 
ənənələrinin ən mühüm hissələrindən biridir. Qafqaz rəqsləri 
mədəniyyətin böyük bir hissəsidir. Qafqazda məhşur rəqs 
növlərindən biri də ləzginkadır. Bu rəqs Qafqazın bir növ 
emblemidir. Xüsusilə ənənəvi kostyumlarda ifa olunduqda, bu, çox 
gözəldir. Ləzginkada qız bir qum kimi hərəkət edir. Bundan əlavə, 
qızın hərəkətləri çox zərif və axıcı görsənir. 
Gürcülərin də öz doğma rəqsləri var. Onlar gürcü xalq 
rəqsləri adlanırlar. Gürcü rəqsinin böyük tarixi var. Alimlər 
üzərində maskalı ovçuların rəqsi təsvir edilmiş qədim gümüş 
piyaləni tapmışlar. Alimlər hesab edirlər ki, bu rəqs svanların ov 
allahı, Daliyə həsr olunurdu. İlk rəqs nümunəsi olaraq hal-hazırda 
məhz ovçuluq rəqsi hesab edilir. O, zamanla işlənilmiş, 
təkmilləşmiş və xorum rəqsi formalaşmışdır. 
Qadınların rəqsləri ovçuluq rəqslərindən daha əvvəl 
formalaşmalı idi. Qadınlar allahlara olan hörmətlərini rəqslə ifa 
edirdilər. 
Zamanla müxtəlif rəqslər formalaşdı, o cümlədən cütlüklərdə 
rəqslər, rəqs-oyunlar və s. Hal-hazırda bir çox gürcü rəqsləri 
qorunub saxlanılmışdır. Gürcüstanda rəqs dəstələri fəaliyyət 
göstərir, onlar rəqsləri ifa edir və tamaşaçılara nümayiş etdirirlər. 
Onlar rəqslərin qorunub saxlanılmasına dəstək verirlər, amma 
zamanla rəqslər yenə də dəyişikliyə məruz qalırlar. Bu 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin