Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə152/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
158 
Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-
ənələrinə söykənir. Ölkənin bir sıra rayonlarında əhalinin etnik 
tərkibinin müxtəlifliyinə və fərqləndirici xüsusiyyətlərin olmasına 
baxmayaraq, toy şənlikləri bir-birinə çox bənzəyir. Elçigetmə, 
nişantaxma və toy adətlərinin dərin kökləri vardır. 
Oğlan toyu və qız toyunun ayrı-ayrı keçirilməsi kimi adət 
mövcuddur. Yəni, toy iki mərhələdə keçirilir. Xüsusilə kənd 
yerlərində əvvəllər qız və oğlan toyu birlikdə 3 gün - cümə, şənbə 
və bazar günləri davam edərdi. Nikah gecəsi oğlan toyundan sonra 
olur və bəy təntənəli surətdə gəlini öz evinə aparır. Nikah 
bağlanması isə, birinci toyda (qız toyunda) həyata keçirilir. 
Üzəçıxdı. Təzə gəlin qayınatasından yaşınır və onun gözünə 
görünmür. Toydan 10-15 gün sonra qayınana süfrə hazırlayır. 
Ailənin bütün üzvlərini çağırır. Gəlindən başqa hamı gəlib oturur. 
Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra 
gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü 
olduğunu söyləyir. Bundan sonra gəlin heç kimdən yaşınıb 
çəkinmir. 
Gəlingördü. Toydan 2-3 ay sonra qız evi oğlan evinə xəbər 
göndərir ki, "filan gün gəlirik gəlini görməyə". Oğlan evi hazırlıq 
görür. Yaxın qonum-qonşudan 3-4-nü dəvət edir. Qızın anası da 
yaxın adamlardan götürüb qudasıgilə gəlir. Yeyib-içib şənlənirlər. 
Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib 
qayıdırlar. 
Ayaqaçdı. Gəlini gördükdən sonra gəlinin anası qızını və 
kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər. 
Ayaqaçdıya həm kişilər, həm də qadınlar gəlirlər. Böyük məclis 
qurulur. Qızın valideynləri bəyə və gəlinə aldığı hədiyyələri 
verirlər. Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra 
əri gəlib onu aparır. "Ayaqaçdı"dan sonra bəylə gəlin istədikləri 
vaxt həmin evə gedib gələ bilərlər. 
Qonaqçağırma. "Ayaqaçdı"dan sonra həm oğlan, həm də qız 
tərəfdən ən yaxın qohumlar bəylə gəlini qonaq çağırırlar. Bu da bir 
növ "ayaqaçdı"ya bənzəyir. Qonaq çağırarkən bəyə və gəlinə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin