ETNOPSİXOLOGİYA 170
kenarına bak bezini al”, “Kız anadan öğrenir bohça düzmeyi, oğul
babadan öyrenir sohbet gezmeyi” türk atalar sözləri bunun
göstəricisidir.
Tanışlığa getmək, qız seçimi. Təsbit edilən qızların evinə
görücülər öz aralarında qərarlaşdırdıqları bir gündə xəbər verərək
gedərlər. Gələn qonaqların ziyarət səbəblərini bilən ev sahibi
qonaqlarına lazım olan hörməti göstərsələr də, qızlarını birdən-birə
verəcək hissini yaradacaq davranışlardan qaçarlar.
Evə dönən görücülər görə bildiklərini danışarlar və qız ilə
ailəsi haqqında müsbət ya da mənfi bir qərara gələrlər. Qız oğlana
göstərildikdən sonra dəqiq qərar verilər.
Qız istəmə. Keçmişdə oğlan tərəfinin yaxın qohumlarından
bir qrup istəmək üçün qız evinə gedərdilər. Qısa bir söhbətdən
sonra “sizin tutmaç keseni, bizim kalem tutana uygun ve münasip
gördük” deyilərkən, günümüzdə “Allahın əmri, peygamberin
kavliyle kızınızı oğlumuza münasip bulduk, siz ne dersiniz?”
deyilərək qızı istəyirlər. Qız evi isə “iyi geldiniz, hoş geldiniz ama
kızımız küçük, borçluyuz, evimiz pek yalnız, çocuk da giderse
elimiz ayağımız kuruyup kalacak” cavabını verərlər. Qızı istəyən
tərəf də “biz sizi sıkmayız, hepsinin kolayı bulunur, kızın yeri
iyidir, kaçırmayınız” kimi könül alıcı sözlər deyərlər. Əgər qız
tərəfi müsbət düşünürsə “Allah nasip etmiş ise ne diyelim” ya da
“birkaç gün sonra cevap verelim” deyərlər.
Oğlan evinin ikinci və üçüncü gedişindən sonra söz kəsilir və
qız evi oğlan evinə “mendil alma” adı altında bir boxça verir.
Bundan sonra qız ilə oğlan bağlanmış sayılırlar.
Qız istəmədə oğlanın namaz qılıb qılmadığı şalvarının diz
izindən bilinirdi.
Oğlan evinin uyğun bildiyi bir gündə nişan mərasiminin
ediləcəyi öncədən qız evinə bildirilir. Nişan, qız ailəsinin evi
yetərlidisə qız evində, deyilsə toy salonu və s kimi geniş bir yerdə
edilir. Oğlan tərəfindən böyüklərdən biri qızın və oğlanın adlarını
deyərək nişan üzüklərini taxar və xoşbəxtlik diləyər. Nişanlı
gənclər daha sonra qonaqların əllərini öpərlər.