Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə166/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
172 
görərsəniz bunun mənası “Bu evdə xəstə var, qapının önündə və 
ya küçədə gurultu etmə” deməkdir. Qırmızı çiçək var isə “Bu evdə 
gəlinlik çağına gəlmiş, bekar qız var. Evin önündən keçərkən 
danışığına diqqət et” deməkdir. 
Sədəqə daşı. Keçmişdə məscid və türbələrin önündə sədəqə 
daşları olardı. Göstərişi sevməyən varlılar sədəqələrini daşların 
üzərinə buraxar, ehtiyacı olan da gecə gəlib alardı. Beləliklə 
işləmək gücündə olmayan insanlar dilənməkdən qurtulmuş olurdu. 
Hədiyyə ilə bağlı ənənə. Hədiyyə qarşılıq gözləmədən və 
könüllü verilir. Bu, dostluğu daha da mehribanlaşdırmaq, sevgi-
məhəbbəti artırmaq, gücləndirmək, əlamətdar günləri xatırlamaq və 
dəstək vermək məqsədi daşıyır. İslamda belə hədiyyə verilməsi 
müsbət vurğulanır. Quran “Ehsan edin, şübhə yox ki, Allah-Təala 
lütf edənləri sevir” deyə buyurur. Hz.Muhəmməd hədiyyəni 
“Allahın sevdiyi əxlaq” adlandıraraq bunun insanlar arasındakı 
sevgi bağlarının qüvvətlənməsinə xidmət etdiyini bildirib. 
Peyğəmbərin xanımı Aişə deyir ki, “Rəsulullah hədiyyə qəbul edər 
və ona qarşılıqsız qalmazdı”. Özü də deyərdi ki, “Səfərdən 
döndüyünüz zaman ailənizə hədiyyə ilə gəlin”. 
Bir millətin varlığı onun mədəni zənginliklərini nə dərəcədə 
yaşatmasıyla bağlıdır. Doğum, sünnət, qız istəmə, nişan, toy, 
bayram kimi adət-ənənələrin ən gözəl xüsusiyyətlərindən biri bu 
günlərdə hədiyyələrin verilməsi, könülü sevindirməsidir. 
Qədim Türklərin Yeni ili və Bahar bayramı olan Novruzda da 
hər kəs kiçik də olsa, yaxınlarına hədiyyə verir. Osmanlı zamanı 
Novruz günlərində sultan və baş vəzir tərəfindən sarayın bütün 
çalışanlarına hədiyyələr paylanırdı. Eyni zamanda, dövlətin vəzifəli 
şəxsləri Novruz münasibətilə sultana hədiyyələr təqdim edirdilər. 
Bu hədiyyələr əsasən at, paltar və qiymətli daş-qaşlardan ibarət 
olurdu. 
Amma əsas şərt hədiyyənin maddi ölçüsü deyil, onun 
əhəmiyyətli gündə alınıb-verilməsidir. Hətta “Yarım alma, könül 
alma, dostum məni xatırlasın, lap bir almayla da olsa” kimi atalar 
sözləri hədiyyənin bu baxımdan dəyərini vurğulayır. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin