Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə169/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
175 
tədqiqatçılar qoyun, qoç və at formasındakı məzar daşı adətinin 
Orta Asiya və Şamanizmdən gəldiyini bildirirlər. Qədim türk 
inancına əsasən keçmişdə, ev tikərkən, ən böyük dirəyə və ya 
çadırın ortasına at qanı və ya südü çəkilirdi. Dağ, meşə və alov 
ruhlarına dua edəndə qırmızı at saçı istifadə olunurdu. At olan evə 
şeytan girməz, at pis ruhları qovar. İslamdan əvvəlki inanclarda və 
İslam inancında yuxuda at görmək müsbət qəbul edilirdi və yuxu 
görənin arzularının çin olması və evlənəcəyi demək idi. Quyruğu 
kəsik at görmək isə yuxu görənin öləcəyi demək idi. 
Ağacı mübarək və müqəddəs saymaq inancı çox-çox 
qədimlərə, səmavi dinlərdən daha əvvəllərə gedib çıxır:Ağacı 
mübarək və müqəddəs saymaq inancı çox-çox qədimlərə, səmavi 
dinlərdən daha əvvəllərə gedib çıxır. Bəzi ağacların yay-qış bütün 
fəsillər boyu yaşıl qalması, insan ömründən daha uzun olması, 
mövsümdən mövsümə özünü yeniləyə bilməsi inaclarda da əksini 
tapır. Qədim Türklər “kosmik ağac” və ya “həyat ağacı” adlan-
dırdıqları Ağacı bir zamanlar dünya mərkəzinin simvolu sayıblar. 
Mifologiyada həyat ağacı müxtəlif formalarda təsvir edilir. 
Onun Yer üzünün mərkəzindən yüksəldiyi və budaqlarının səmanın 
ən yüksək qatlarına qədər çatdığı deyilir. Köklərinin Yerin altına, 
gövdəsinin Yer üzünə, budaqlarının isə Göyə uzanması fərziyyəsi 
onun haqqında “dünyanın oxu” fikrini yaradıb və “həyat ağacı 
göyün dirəyidir” deyiblər. Şamanlar Göyə doğru mistik səfərlərində 
bu Ağacı nərdivan kimi istifadə etdiklərini və onun sayəsində 
Tanrıya çatdıqlarını söyləyiblər.
Kosmik ağac dedikləri bu həyat ağacını ölümsüz edən əsas 
xüsusiyyət onun yay-qış hər zaman canlı qalması, yəni 
yarpaqlarının tökülməməsi, həmişə yaşıl qalması, çiçək açması, 
meyvəli olmasıdır. Onun köklərinin ölümsüzlük suyu içdiyinə 
inanılıb. 
Həyat ağacı yaradılış, dünyaya gəlmə və ölümsüzlük fikirlə-
rinin vəhdətidir. Dünya mifologiyasında fərqli mədəniyyətlərdə 
həyat ağacını bəsləyən ölümsüzlük suyu ilə yanaşı onu qoruyan 
ilan, əjdaha və aslan kimi heyvanların da adları çəklilir. Həyat 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin