ETNOPSİXOLOGİYA 177
Ağacla bağlı inanclar atalar sözləri və deyimlərdə də əks
olunub. Anadolu qadını həyat yoldaşına və oğluna “evimin ulu
ağacı”, “evimin dirəyi” deyir ki, bu da dünyanın oxu, Göyü, Yeri
və Yerin altını birləşdirən Ulu ağaca işarədir. Oğlan uşaqları isə
ailələri üçün "kölgəsi və meyvəsi olan ulu ağaclar" sayılır.
5.1.3. Çin xalqının etnopsixoloji xüsusiyyətləri Şərqi Asiyada yerləşən dünyada əhalisinin sayına görə
birinci, sahəsinin böyüklüyünə görə isə üçüncü ölkədir. Çin
22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə
(Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və
Makao xüsusi inzibati bölgələrindən ibarətdir.
Çinlilərin işgüzar həyatının xüsusiyyətləri. Çin işgüzar
mədəniyyəti milli stereotiplər, zənginliyə qarşı olan motivasiya və
münasibət, işgüzar məqsədin reallaşması dərəcəsindən ibarətdir.
Çin xalqının spesifikliyi onun işgüzar həyatının xüsusiyyətlərini də
müəyyənləşdirir. Yəni işlərin aparılmasının forma və üsulu,
biznesmenlərin davranışlarının xüsusiyyətləri, qərar qəbul etmənin
xüsusiyyətləri, gəlirlərin əldə etməsinə yönəlişlik bütün bunlar iş
adamlarının həyat və fəaliyyətindən və sosial-tarixi şəraitdən
asılıdır. Müasir çin iş adamları qeyd edirlər ki, həyatda xoşbəxtliyin
əsas ölçüsü həm gəlir, həm də mənəvi məmnunluq gətirən işdir.
Çinlilərin düşüncəsində ziddiyyət də yer alır, bir tərəfdən
xoşbəxtlik pullda deyil fikri, digər tərəfdən isə pul pul gətirər fikri.
Həyatdan pul qazanmaq üçün istifadə edilməlidir, yaxşı yaşamaq
üçün isə varlı və zəngin olmaq lazımdır.
Çin biznesinin xüsusiyyətlərindən biri etnik və ya klan
xarakterin daşımasıdır. Çox vaxt çinlilər öz gəlirlərindən sadəcə
“öz” adamları ilə iş qursunlar deyə imtina edə bilərlər. Çin
mentalitetinin xüsusiyyətləri işgüzar həyatda öz əksini tapıb.
Çinlilər öz şəxsi dəyər, maraq və mənafelərini özgələrindən üstün
tuturlar. Nadir halda başqa insanların fikirlərinə onlar qulaq asırlar
və həmişə öz bildiklərini edirlər. Ona görə də çinlilərlə danışıqlar
aparmaq çətindir: bir tərəfdən sizinlə razılaşırlar sonda isə öz