Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə179/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
185 
olan növbəti üzvün yolunu bağlamır. 
Yas mərasimləri .Qədim dövrlərdə Çində yas mərasimləri bir 
sıra adətlərlə həyata keçirilirdi. Məsələn vəfat etmiş insanın 
burnuna və ya ağzına pambıq parçadan olan ipliklər qoyulur, ən 
zəif nəfəsdə belə iplər tərpənir. Qadınlar çox səs-küylə ağlıyırlar ki, 
qonşular və yoldan keçənlər bunu bilsinlər. Sonra qohumlar, 
qonşular vəfat etmişi ziyarət etməyə başlayırlar. Ayaq tərəfə iki 
şam qoyurlar ki, onun o dünyada gedişini işıqlansın. Sonra qonq və 
barabanlarda ifa edirlər ki, “kölgələr dünyasına” keçən zaman ölən 
şəxsin yaxşı əhvalı olsun.Çox vaxt ölünü matəm yürüşü ilə müşayət 
edirlər. Əvvəllər Çində matəm rəngi ağ rəng hesab olunurdu. 
Müasir dövrdə isə ölən şəxsin qohumları qollarına qara rəngli lent 
bağlayırlar. Əgər qadın vəfat edibsə- sağ qola, kişi sol qola 
bağlayırlar. 
Çinlilərin milli xarakteri. Çin milli xarakterinin özəyini 
ailəyə yönəlmiş xüsusi çin düşüncə tərzi təşkil edir. Çin 
cəmiyyətinə məxsus olan kollektivizm, qarşılıqlı kömək, altruistlik 
kimi keyfiyyətlər avropalıları çox təəccübləndirir.“Qızıl orta” 
prinsipini təbliğ edən Konfutsi və Lao-Tsının təlimləridə çinlilərin 
xarakterik xüsusiyyətlərini və həyat tərzinin spesifikliyini 
müəyyənləşdirmişdilər. Orta məxrəci seçərkən, yəni öz 
davranışlarında ifratçılıqdan uzaq olmaqla çinlilər özləri üçün 
uzunömürlülük və fiziki rifahı təmin edirlər. Bu Çin filosofların 
fikirləridir və müasir çinlilər çalışırlar hər yerdə və hər şeydə 
mötədilliyi və təmkinliyi gözləsinlər.Çində öz hisslərini açıq 
şəkildə bildirmək qəbul olunmur. Mimikaları o qədər də ifadəli 
deyil, hisslər haqqında məlumatı gözlər və qaşlardan oxumaq 
olar.Çinlilərin tərifə spesifik yanaşmaları var, insanın özünü 
tərifləməsi ümumiyyətlə normal qiymətləndirilmir,təvazökarlıq 
alqışlanır. Çinlilərin nə zaman dürüst və ya nəzakətli olduqlarını 
fərqləndirmək çətin olur, çunki onlar çox vaxt təvazökarlıqdan irəli 
gələn nəzakətli davranışı nümayiş etdirirlər. Bu baxımdan tərifi 
qəbul etməmək yalnız nəzakətlilik formuludur. Çində insana başqa 
insanların ətrafında səs qaldırmaq yaxşı hal deyil. Çinlilər üçün 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin