Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə180/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
186 
şəxsi reputasiyanı qorumaq çox vacıbdir.Çinlilər problemləri daha 
da şisirtməmək üçün konfliktlərdən və xoşagəlməz situasiyalardan 
qaçmağa meyllidirlər. Çinlilər üçün kollektivizm ön plandadır. 
“Uğur hamıya mənsubdur” şüarını çinlilər həmişə yadda 
saxlayırlar. Kollektiv məsuliyyətlilik bütün xalqa məxsusdur. Əgər 
bir müəssisə gəlir baxımdan ziyan çəkirsə, rəhbərlik bütün işçilərin 
maaşını azaldacaq və bu addımı da hamı anlaşıqlı qəbul 
edəcəklər.Çinlilərin özünəməxsus milli xarakteri bir sıra faktorların 
təsiri altında formalaşmışdır: xarici əlaqələrdən təcrid olma, xüsusi 
yazı qaydası, kənd təssərüfatının aparılmasının çox ağır şərtləri, 
dini və fəlsəfi təlimlər və s. 
Çinlilərin milli xarakterinin əsas xüsusiyyətləri: 
1. Özünəqapalılıq. Çinlilərin intraversiyaya meylliliyi müx-
təlif səviyyələrdə şəxsi səviyyədən başlayaraq dövlət səviyyəsində 
təzahür olunur. Emosiyaların xarici ekspressiyasının açıq şəkildə 
göstərilməsi qəbul olunmazdır və hətta bir sıra mürəkkəb etik 
rituallarla əvəz edilir bu isə avropalıların gözündə ikiüzlülük kimi 
qavranılır. Əgər təsadüfən iki insan qarşılaşırsa, hər ikisi bir –birinə 
dərin hörmətlərini nümayiş etdirirlər. Hər ikisi göstərməlidirlər ki, 
digəri ağıllı, tərbiyəli və inkişaf etmişdir hətta əslində heç də belə 
olmasa belə. Az tanış olan insanlarla çinlilər özlərini qəribə 
aparırlar: sifət və bədənlərini heç tərpətmirlər, düz otururlar, 
dodaqları azca tərpənir və səsləri çox sakit olur, həmsöhbətin düz 
üzünə baxmaqdan qaçırlar və pıçıltı ilə danışırlar. Düşünürlər ki, 
belə yalnız düşmən və bir-birinə nifrət edənlər baxırlar. Bəlkə də
məhz bu xüsusiiyyət Çin dövlətini illər ərzində xarici əlaqələrdən 
uzaq və qapalı saxlamışdır. 
2. Sadə məntiqli konstruksiyalara meylilik. Çinlilərin 
düşuncə tərzini praktik düşüncə tərzi hesab etmək olar. Zəruri 
olmayan mürəkkəbləşmələrdən uzaq olurlar. Çinli adətən sadə 
intellektual konstruksiyalara üstünlük verir çünki onları yadda 
saxlamaq asan olur və həyat və fəaliyyət üçün əlverişli və 
rasionaldırlar.
3. Təşəbbüskarlıq. Yaponiyada çinli dərzi, bərbərin həyatını 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin