ETNOPSİXOLOGİYA 182
e.ə. III əsrdən 1912-ci ildə respublika elan olunanadək dövlətin
dəstəyindən istifadə edib. Konfutsi fəlsəfəsi özlüyündə ailə və
əxlaq kodeksini birləşdirir. Daosizm din olaraq Çinə daha çox bağlı
olsa da, buddizmin təsirini əks etdirir. Buddizm Hindistanda
yaransa da, Çində geniş yayılıb və burada yüzlərlə buddist məbəd
və monastırları tikilib. Müsəlmanlar Çinin hər yerində, xüsusilə,
ölkənin şimal-qərb və cənub-qərb rayonlarında yaşayır. Xristianlıq
Çində Avropa və Amerika missionerləri vasitəsiləyayılmağa
başlayıb. Çinlilər üçün müqəddəs insan o biri dünyada zövq almağa
və əzabdan qurtulmağa çalışanlar yox, qəbul edilmiş normalara
uyğun və ləyaqətlə yaşamağa öyrəşənlər hesab olunur.Konfutsiçilik
Çində e.ə.V-VI əsrlərdə yaranıb. Çin imperiyasının müəyyən tarixi
məqamlarında isə konfutsiçilik əsas din, rəsmi dövlət ideologiyası
funksiyasını oynayıb. Konfutsiçilik həm siyasi, həm inzibati sistem,
həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə,
Çin həyat tərzinin özülü idi. 2000 ildən çox bir müddətdə
konfutsiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların
inanclarına, psixologiyalarına, düşüncələri-nə, davranışlarına və
məişətlərinə ciddi təsir etdi. Etik-siyasi təlim olan konfutsiçi-liyin
mərkəzində insan əxlaqi,ailə və dövlətin idarə olunması məsələləri
durur. Konfutsi üçün çıxış nöqtəsi kimi “səma” və “səmavi təsir”
konsepsiyası əsas götürülür. Konfutsi təlimində əsas yeri “jen”
(insanilik, humanizm) ailə, cəmiyyət və dövlətdə insanlar arasında
münasibətlər tutur. Daosizmin əsas anlayışı Dao anlayışıdır. Dao
qeyri-cismanidir və hissi qavrayışa qapılmır, o, hər yerdə ve heç
haradadır, formasız və məzmunsuzdur, sonsuz və əbədidir, boş,
lakin bitməz-tükənməzdir. O tanrılar da daxil olmaqla, hər şeyin ilk
əcdadıdır. Buddizm. Budda Nepal Himalayının yamaclarındakı
kiçik vilayətdə hökmranlıq edən Şakya hökmdar nəslindəndir.
Budda “aydın” deməkdir, bu onun ruhani adıdır. Budda təlimi iki
müddəa ətrafında fırlanır: iztirab və nicat. Bütün Budda təlimi
“dörd nəcib həqiqətə” söykənir. Bu həqiqətlər aşağıdakılardır:
iztirab, iztirab mənbəsi, iztirabı yox etmə və iztirabı yox etməyə
aparan yol. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV