ETNOPSİXOLOGİYA 181
yataqda olmalıdır, saçını
kəsdirməməlidir, ayaqlarınıisti
saxlamalıdır, soyuq əşyalara toxunmamalıdır. Bəzi ərzaqları,
meyvələri yeməməlidir, yaşıl çay içməməlidir. Bütün işləri onun
əvəziinə qohum qadınlar edir. Uşaqlara çox erkən yaşdan çin
çubuqlarından istifadə etməyi öyrədirlər. Bu uşağın kiçik
motorikasının inkişafına təsir edərək onu daha ağıllı edir.
Çin xalqının dini və inanclar sistemi. ÇXR konstitusiyası
Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə
dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökümət dini
fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində
kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai
yerlərdə təbliğatı qadağandır. Bundan başqa , dövlət din
xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Çin
və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və
xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar
fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin
birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu
mövcuddur.Bu gün Çində 100 milyondan çox dindar yaşayır və
onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və
başqa yerlərdə həyata keçirir.Çində dinin tarixi çox qədimlərə
gedib çıxır, əgər Hindistanda din hökmranlığı və hindlinin dini
düşüncəsi metafizik təxəyyülə dolmuş hesab edilirsə, Çində başqa
tip dini görüşlər yaranıb. Çində dinin əsas elementlərinə animizm
və politeizm daxil olub. Çinlilər hesab edirlər ki, dünya ruhlarla
doludur. Şər ruhlar (quy) xəstəlik və bədbəxtlik gətirir. Bu
ruhlardan qorunmaq və ya qovmaq üçün isə müxtəlif tilsim və
rituallardan istifadə edilirdi. Çinlilər dünyanın iki elementin “İn” və
“Yan” ın birləşməsindən yaranmasına inanırdılar. “İn” qaranlıq,
qadın, şər hesab olunurdu. Bu keyfiyyətləri özündə cəmləşdirən şər
ruh “quy” idi. “Yan” isə istilik, işıq, xeyir, kişi demək idi və
özündə bu keyfiyyətləri təcəssüm etdirən şeylər “quy”dan müdafiə
olunmaq üçün bu keyfiyyətlərdən istifadə edə bilərdi. Çində daha
beş əsas dini təlim : konfutsizm, daosizm, buddizm, islam və
xristianlıq yayılmışdır.Dindən çox etik-siyasi təlim olan konfutsizm