ETNOPSİXOLOGİYA 179
dan çalışırlar.
Çinlilərin sosializasiya məsələrinə münasibətləri. Çində ailə
tərbiyəsi sahəsində də çox maraqlı və zəngin ənənələr olmuşdur.
Qədimdən başlayaraq ailə tərbiyəsinə çinlilər böyük yer
ayırmışdılar. Müasir dövrün estetik tərbiyəsi haqqında ən məşhur
“Şan Şu” əsərində imperator ailə tərbiyəsi haqqında öz fikirlərini
söyləmişdir. Qeyd etmək olar ki, Çində qədim dövrdən başlayaraq
ailə tərbiyəsi nəzəriyyəsi daima inkişaf edirdi. Çin Xalq Respub-
likası yarandıqdan sonra cəmiyyətin sosial sistemi dəyişildi, lakin
ailə tərbiyəsi sahəsində o qədər də dəyişikliklər olmadı. Çinin ailə
tərbiyəsinin əsas prinsiplərini nəzərdən keçirək:
1. İmperatordan tutmuş siravı insana qədər hamı “Uşaqların
tərbiyəsi valideynlərin vəzifəsidir” fikrilə razılaşırlar. Bütün
dövrlərdə hesab olunurdu ki, uşaqları tərbiyə etmək valideynlərin
borcudur. Uşaqları yalnız böyüdüb amma tərbiyə etməyən valideyn
natamam valideyn hesab olunurdu. Qədim Çin şerində deyilirdi:
uşağı böyüdüb, tərbiyə etməmək atanın günahıdır. Hesab olunur ki,
Çində insan öz övladını təkcə erkən uşaqlıqda deyil bütün həyatı
boyu tərbiyə etməlidir.
2. Ailə tərbiyəsi təkcə uşaqlar və ailə üçün önəmli deyil. Eyni
zamanda cəmiyyət və ölkə üçün də vacib məsələlərdən biridir.
Çinlilərin fikrincə, ölkə böyük bir ailə kimi yaşamalıdır. Uşaq
erkən yaşdan anlamalıdır ki, o təkcə öz ailəsi üçün deyil, bütün
xalqın qayğısına qalmalıdır.
3. İlk növbədə uşağa özünü cəmiyyətə layiq aparmağa
öyrətmək lazımdır, sonra isə uşağın əsas yerinə yetirəcəyi vəzifələri
öyrətmək lazımdır. Çində deyirlər, əgər işdə uğur əldə etmək
istəyirsənsə, özünü layiq aparmalısan (insan olmalısan).
Konfutsinin nəzəriyyəsinə görə, insan ilk öncə “jen”ə malik
olmalıdır. “Jen” insanlıq, humanistlik, insanlara məhəbbətdir.
4. Uşaqların müstəqilliyi. Çində uşaqlar çox erkən yaşdan
müstəqil olmağa başlayırlar. Valideynlər onları erkən yaşdan
əməyə alışdırırlar və pullara qarşı düzgün münasibət formalaş-
ırırlar. Valideynlər öz uşaqlarının gələcəyi üçün pul yığmırlar ki,