Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə170/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
176 
ağacının nəhəngliyi və ucalığı, səmanı, yerin üstü və altını əhatə 
etməsi, dibində müqəddəs su, quyu və ya bulaq olması bütün 
mədəniyyətlərdə ortaq mifik düşüncələrdir. Qaraçay Türkləri 
arasında oxunan bir mahnıda bu ağac belə əzizlənir: Ay yalnız 
ağac, can ağac, Ay tək ağac, Tanrının ağacı. Ay ağac, bərəkətin 
ağacı, çoxdur sənin imkanın, insanlara kömək edən ağac. 
Türklərin yaşadığı coğrafiya dəyişsə də, insanların vizual və 
mədəni yaddaşında motiv dünyası qeyb olmur, inanc və 
mərasimlərdə yaşayır. Orta Asiyadan Anadoluya qədər gəlmiş 
həyat ağacı mifi Türk dünyasında İslamın qəbulundan sonra da 
davam edib. Çünki Hz. Məhəmməd ağaca çox əhəmiyyət verərək 
belə sözlər deyib: "Qiyamət qopmasına yaxın əlinizdə bir ağac 
fidanı varsa, onu o saat əkin, çünki ağacın barı qədər Allah sizə 
savab yazar". 
Qədim Türk inanclarında dünyanın oxu sayılan “müqəddəs 
ağac” fikri sonralar İslamda Cənnətin nar və xurma ağacları ilə 
əvəzlənib. Mifologiyada həyat ağacı olaraq şam, xurma, ağcaqayın, 
fıstıq və səlv kimi ağac növlərinin adı çəkilir. 
Türk soylu tayfaların hamısında “dağlarda tək başına dayanan 
ulu ağac” müqəddəs sayılıb və onun ətrafında bəzi mərasimlər icra 
edilib. Bu gün də Anadoluda bu inanc və mərasimlərin izləri qalır. 
Ağacın budaqlarının səmaya istiqamətlənməsi onun Tanrıya 
çatması inancını yaradıb ki, nəticədə camaat bəzi müqəddəs 
saydıqları ağacların budaqlarına parça, yaylıq və ya rəngli iplər 
bağlayaraq dilək tuturlar. Xıdır-İlyasın Bahar bayramında 
insanların yazdıqları məktubları gül cücərtisinin yanına basdırması 
düşüncəsi də ağacın müqəddəsliyi fikrinə əsaslanır. 
Yalnız və tək bitən ağacları kəsmək uğursuzluq əlaməti 
sayılıb, “tənha ağacı kim kəssə, başına pis iş gələr” deyiblər. 
Anadoluda çölün düzündə əgər bir uşaq dünyaya gəlsə, onun 
adına bir ağac əkilər və o insan bu ağaca bağlı sayılar. Yəni bu 
adam dinc, xoşbəxt və sağlam olarsa, ağac da yaşıl, canlı qalar, 
xəstələnsə və ya ölərsə, ağacın da yarpaqlarının töküləcəyi fikrinə 
inanılıb. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin