Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə168/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
174 
həyatı atlarına bağlıdır” məsəli var. 
At türk mədəniyyətində və xalq inancında müqəddəs 
heyvandır. Türk mifologiyasına əsasən “atın gücü Tanrıdan gəlir”. 
O, insanın ən yaxın dostu, ölümün və uzaqgörənliyin simvoludur. 
Türk adətlərinə əsasən atların bəzi xüsusiyyətləri olmalıdır. 
Məsələn, yaxşı at uçan quşa çatmalı, yorulmamalı, düşməni hiss 
etməli, sahibinə xəbər verməli, sahibini başa düşməli, ölən sahibini 
yolda qoymamalı və onu vətəninə gətirməli, yaralı sahibini isə xilas 
etməlidir. At Türkün ən sadiq dostu, sahibinin qoruyucusu və 
qələbə yoldaşı sayılırdı. 
Türk əfsanə və dastanlarında at sahibinin sadiq dostu 
sayılırdı. “Dədə Qorqud” dastanında Bamsı Beyrək zindandan 
çıxana qədər onu 16 il gözləyən atına belə deyirdi: “Sənə at 
demərəm, qardaş deyərəm, qardaşdan da əzizsən”. 
Burdan Türklərin atlara necə əhəmiyyəti verdiyini görə 
bilərik. 
At, sahibi vəfat edəndə onunla birlikdə dəfn edilirdi. Bu türklərin 
ana vətənindən qalma adət idi. Çin mənbələrində Göytürklərin 
vəfat edənləri atları və digər əşyaları ilə dəfn etdiyi qeyd olunub. 
Vilhеlm Şmidt: “Atlar türklər tərəfindən əhilləşdirilib” yazıb. 
Türklər Anadoluya köç edəndə at mədəniyyətini buraya da 
gətiriblər. Türk atı məhşur idi, belə ki, Səlcuqlu və Osmanlı 
dövründə də at xüsusi yerə malik idi. Hun, Göytürk, Səlcuqlu və 
Osmanlı dövlətini varlığını at üstündə döyüşərək qoruyub. At 
mədəniyyəti, Orta Asiyadan Hindistana, İrana, İraqa, Avropaya və 
Aralıq dənizi ölkələrinə yayılıb. Osmanlı dövründə at tövlǝlǝrindǝ 
xüsusi atlar yetişdirilirdi. Türk mədəniyyətində at quyruğundan 
hazırlanan tuğlar, bayraq və iqtidar simvolu sayılırdı. Tuğ adəti 
Osmanlı dövründə də vardı. Hər dövlət xadiminin tuğu vardı və 
ölçüsü vəzifəsinə görə fərqlənirdi. 
Xalq arasında atlarla bağlı bir çox inanclar var. Bu inanclar 
Orta Asiyadan Anadoluya keçib. Döyüşdə ölən türkün məzarına 
onun atının quyruğu asılırdı. Keçmişdə Türklərin məzar daşları at 
formasında idi. Məzar daşları sahəsində araşdırma aparan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin