ETNOPSİXOLOGİYA 173
Həyatın, demək olar ki, hər mərhələsində hədiyyə vermək
var. Doğuşdan sonra ailənin yaxınları, qonum-qonşu, tanış-biliş
körpəni görməyə gələrkən ona ehtiyacı olan əşyaları alıb gətirirlər.
Bəziləri qızıl da bağışlayırlar. Amma körpə hədiyyələri hələ neçə
illər boyunca davam edir: uşaq diş çıxaranda, sünnət toyu olanda,
məktəbə ilk gedəndə, Anadoluda Quran-i Kərim oxuyub başa
çatdıranda, oğlanlar əsgərliyə gedəndə.
Ən çox hədiyyə vermə isə toy zamanı olur. Nişan və toy
ərəfəsində kürəkən və ailəsi tərəfindən gəlinə boyunbağı, bilərzik,
sırğa, üzük kimi qızıl zinət əşyaları, paltar, ayaqqabı, çanta və alt-
üst geyimləri alınır. Toy günü gəlin və kürəkənin yaxınları gəlinə
qızıl hədiyyə edir. Yeni evlənənlərə bəzi ev əşyaları və pul verirlər.
Ümumiyyətlə, toyda bəy və gəlinə hədiyyə verilməsi təzə
evlənənlərə ictimai yardımın bir həmrəylik nümunəsidir. Çox
zaman bu hədiyyələri almazdan əvvəl onlardan nəyə ehtiyacı olub-
olmadığı soruşulur.
Bayramlarda ailə böyüklərinin ziyarətlərinə gedərkən
şirniyyat alıb aparırlar. Həccə gedən şəxslərə də hədiyyə verilir.
Eyni zamanda, onlar Həccdən dönərkən tanış-bilişə kiçik
hədiyyələr gətirirlər. Uzaq şəhər və ölkələrdən evlərinə qayıdan
adamlar da həmçinin. Buna aid Anadoluda belə bir misal var:
“Dəyirmandan gələndən çörək gözlə”.
Qədimdən gələn hədiyyə alma-vermə ənənələrinə zaman
içində yeniləri əlavə olunub. Miladi Yeni ili, evlənmə ildönümü,
analar günü, atalar günü, bir adam vəzifəyə təyin ediləndə, təqaüdə
çıxanda və s. günlərdə də hədiyyə vermək artıq bir dəb halını alıb.
Türk mədəniyyətində atla bağlı ənənə: At, Orta Asiya-
Anadolu yolunda köçəri yaşayan Türklərin həyatında və
mədəniyyətində xüsusi əhəmiyyətə malik idi. At sevgisinin tarixi
qədimdir. Tarixə nəzər yetirsək, hər dövr türklərin həyat tərzində
və yaşadıqları ərazidə atların olduğunu görərik. Türklər və atlar
daima bir yerdə olub. Həyat tərzi, yaşayış əraziləri, döyüşlər bu
əlaqəni daha da möhkəmləndirib. Türk mədəniyyət əsərlərində at
motivlərinin çoxluğu bu səbəbdəndir. Çin mənbələrində “Türklərin