ETNOPSİXOLOGİYA 183
əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm
ölkənin ən nüfüzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç
başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi
(lamaizm) və pali buddizmi
Çinin milli adət və ənənələri. Çin milli adət və etiket
qaydaların əsasında böyüklərə hörmət, ehtiram hissi, ənənələrə
qayğılı münasibət, keçmişə maraq və qəbul olunmuş qayda və
ritualların qorunması dayanmışdır.Çində bütün xarici vətəndaşlara
çox mehriban yanaşırlar. İctimai yerlərdə onlar diqqət obyektinə
çevrilirlər. Çinlilər mehriban və ünsiyyətçil olduqlarına görə tanış
olmayan insanlarla asanlıqla əlaqəyə girirlər. Çinlilər ictimai
nəqliyyatda, ictimai yerlərdə tanış olmayan insanlarla söhbət
etməyə hazırdılar. Çin dövləti dünyada özünün etiketi, mərasimləri,
ənənələri ilə tanınır. Bu ənənələr qədin dövrdən müasir dövrdə
qədər gəlib çıxıb. Çinlilərin salamlaşma ritualının 2000 ilə yaxın
yaşı var. Müasir dövrdə belə salamlaşma ritualından dövlət
səviyyəsində keçirilən rəsmi tədbirlərdə və milli bayramlarda
istifadə edilir. İş insanları müasir salamlaşmadan istifadə edirlər
amma hörmət əlaməti olaraq mütləq başlarını yavaşca
tərpətməlidirlər. Müasir gənclər bir qədər qədim salamlaşma
ritualından uzaqlaşıblar təkcə başlarını tərpədirlər. Görüşəndə
avropasayagı görüşmək, qucaqlaşmaq və öpüşmək qəbul
deyil.Çinlilərdə ad soyaddan sonra gəlir, adla müraciət etmə yalnız
ən yaxın dostlar və qohumlar arasında olur. “Siz” əvəzliyindən
çinlilər yaşlı insanlara və əsasən yad insanlara deyə müraciət
edirlər.Çinlilərin ünsiyyətinin vacib hissəsi hədiyyələrin verilməsi
təşkil edir. Çin düşüncəsinə görə hədiyyə vermək diqqətçilik
əlamətidir. Çox bahalı hədiyyəyə çinlilərin münasibəti birmənalı
deyil. Onlar hədiyyəni verərkən və onlardan hədiyyəni alarkən iki
əllə almaq lazımdır. Çin etiket xüsusiyyətlərinə görə onlar
hədiyyədən imtina edə bilərlər lakin bir neçə nəzakətli təkidlərdən
sonra qəbul edirlər. Çinlilər qonaq getməyə və qonaq qəbul etməyi
çox sevirlər. Əgər siz dəvət olunmusunuz gecikmək olmaz əksinə
tez gəlmək yaxşıdır. Qonaqlıqda uzun müddət oturmaq olmaz, bu