ETNOPSİXOLOGİYA 194
yəni bu insanın yaxınları və ailə üzvləri buna hörmətlə yanaşırlar.
Həmin şəxsdə özünə layiqli yer tutmuş sayılır. Yaponiyada 18
yaşla 25yaş arası qızlarda pul qazanmaq, oxumaq və özünə karyera
qurmaq dövrü başlanır. Əgər 25 yaşdan sonra ailə həyatı
qurmayıbsa, özünü ailəsinə həsr etməyibsə öz ailəsini rüsvay
etməmək üçün yeganə üsul boz kostyum, ağ corab, dabansız
ayaqqabı geyinib saçını kəsdirib,cidi formada olmaq olur. Ancaq
düşünməyin ki, yaponlar belə həyatdan əzab çəkirlər. Onlar
başqasının həyat tərzini görməyiblər.Onların anaları, nənələri,
böyük nənələri də belə yaşayıblar. Yapon tərbiyə sistemi haqqında
nəticə çıxardarkən Mark Siseronun sözlərini xatırlayaq:” Hər kəs
özunə”. Yapon sistemində uşaqların tərbiyəsində minusları və
üstünlükləri axtarmaq yanlış olardı. Beləliklə, yapon cəmiyyəti
bunu minillik ənənələri ilə qəbul edib. Bu mədəniyyəti olduğu
kimi, ittiham etmədən, tənqid etmədən, tərifləmədən və
köçürmədən qəbul etmək lazımdır. Yaponların möhkəmliyinə
paxıllıqcasına həsəd aparmaq olar. Çünki əsrlik ənənələrini
saxlamaqla yanaşı, nəsildən nəsilə ötürməni məharətlə bacarırlar.
Ancaq yapon tərbiyəsinin bəzi prinsiplərini aşağıdakı kimi
göstərmək olar:
Uşağın həyatının birinci illəri ana özünü onun tərbiyəsinə
həsr etməyə məcburdur. Onunla daim ünsiyyət saxlamalı,
hərəkətlərini başa salmalı, şeir və nağıllar oxumalıdır ki,
uşaq daim onun sevgisini və qayğısısnı hiss etsin.
Valideynlər uşağa səslərini yüksəltməməlidirlər, xüsusən
də kənar şəxslərin qarşısında .
Ardıcıllıq prinsipi- hansı ki, burada böyük uşaqlar kiçiklərə
kömək edirlər, sosial mühitdə onların bələdçisi olurlar,
onlara mehribanlığı, həssaslığı, rəhmli olmağı və zəiflərə
kömək etməyi öyrədirlər.
Valideynlər uşaqların taleyində məsuliyyət daşıyırlar,o
vaxta qədər ki, uşaq sərbəst surətdə öz ayaqları üstündə
möhkəm dursun.