ETNOPSİXOLOGİYA 195
Uşaqlar öz valideynlərinə və onların fikirlərinə hörmət
etməlidirlər.
Yaponiya öz adət-ənənələrini bir qismini bu günə kimi
yaşada bilmişdir. Yapon adətlərinin, bayramlarının dəyişilmə-
məsinin əsas səbəbi dövlətin özünü təcrid siyasəti olub.
Yapon əxlaqında valideynə və özündən böyüklərə hörmət
ən başlıca yerdə durur. Yaşca özündən böyüklərə hörmət özünü
təkcə ailədə yox, həmçinin iş yerinlərində, ünsiyyətdə və.s yerlərdə
özünü göstərir.
Müasir yapon cəmiyyətində artıq valideynin fikrini nəzərə almaq
yavaş-yavaş itməkdədir. Buna səbəb isə yapon gənclərinin avropa
və amerika yaşam tərzinə meyil göstərməsidir. Qədim yapon
cəmiyyətində valideynin istəyi ilə evlənmək və ya valideynin
peşəsinin davam etdirmək indiki dövrdə demək olar ki, yox
səviyyəsindədir. Bunu yaşlı yaponlar əsasən yaponiyada yaşam
səviyyəsinin yüksək olması və müasir yapon gəncinin hər istədiyini
pula əldə edə bilmək fikri ilə izah edirlər.
Müasir Yaponiyada ailə daxilində qalan adətlərdən bir nikah
mərasimidir. Yapon gəncləri özləri sevdikləri şəxsi seçsələrdə, onu
öz ailəsi ilə mütləq tanış etməlidir. Yapon qızına elçi düşmüş
Yapon oğlanı hörmət əlaməti olaraq qızın atasının qarşısında diz
çökərək onun qızının qayğısına bundan sonra özünün qalmaq
istədiyini bildirir, yalnız qızın atasının onu ayağa durmasını
istədikdən və oğlana “mən qızımın qayğısına qalmağı bundan sonra
sənə həvalə edirəm”-sözlərini dedikdən sonra oğlan ayağa dura
bilər.
Yapon cəmiyyətində valideynə yaxşı baxmaq, onun
qayğısına qalmaq hər bir yaponun borcu kimi hesab edilir. Müasir
Yaponiyada yaşlıların qocalar evinə qoyulması və ya yaşlıların
özlərinin qocalar evində yaşamaq istəməyinə pis baxılmır. Yaşlılar
bunu əsasən evdəkilərin vəziyətinin ağırlaşdırmamaq üçün, gənc
nəsil isə gərgin iş rejminə görə onlara lazım olan qayğını göstərə
bilməyəcəklərindən bunu edirlər. Bu hadisə isə müasir Yaponiyada
70-ci illərə aid olan “bir dam altında üç nəsil”- yəni övlad, ata-ana,