ETNOPSİXOLOGİYA 196
baba və nənə- deyimində olan baba-nənə ifadəsinin yoxa çıxmasına
səbəb olmuşdur. Artıq əksər yapon uşaqları baba və nənə
anlayışının nə demək olduğunu bilmirlər. Onlar baba və nənələrini
qocalar günündə ziyarət edirlər, lakin bunu daxildən gələn sevgi
hissinə görə deyil ,sadəcə qədimdən qalan yaşlılara hörmət
əlamətinə görə edirlər.
Yaponiya
dövləti yapon gənclərində yaranmış laqeydlik
hissini aradan qaldırmaq və ya yaşlı yapon baba və nənələrinin
nəvələrinə qarşı isti münasibətini yaratmaq üçün 2005-ci ildən
fəaliyyət göstərən xüsusi kurslar açmışdır. Bu kurs vasitəsi ilə
yaşlı baba və nənələr özlərinin yadan çıxartdıqları kiçik nəvələrinə
qarşı necə davranmaq lazım olduğunu öyrənirlər. Həmçinin
yaşlılara gənc yapon nəvəsi ilə psixoloji necə davranmaq lazım
olduğunuda izah edilir. Burda əsasən ailədə münaqişəli vəziyyətlər
düşərkən, konfiliktlərdən necə yayınmaq və məsələni necə
düzəltmək lazım olduğu yaşlılara öyrədilir. Bu psixologiya
əsasında artıq çətinliyə düşən nəvə özünə qəsd etmək əvəzinə baba
və nənəsindən kömək istəyə bilər. Kurslarda iştirak edən baba və
nənələrin əksəriyyəti 20 ildən çoxdur ki, qucaqlarına körpə
götürməyiblər. Buna görədə onlar körpəni necə çimizdirmək, onun
altını necə dəyişdirmək və yatızdırmaq lazım olduğunu bir də
öyrənirlər. Bu kursların sayəsində kariyera qurmaq istəyən yapon
qadınları öz övladlarını qayğısına qalmağı ata və analrına
tapşırırlar. Beləliklə müasir yapon psixologiyası üç əsas dinin təsiri
altında formalaşmışdır: sintoizm, buddizim və konfutsiçilik. Sinto
yapon xarakterində təbii gözəlliyə həssaslıq, vurğunluq, təmizkarlıq
kimi keyfiyyətlər formalaşdırmışdır. Buddizim dözümlülük,
möhkəm iradə konfutsiçilik isə şəxsiyyətlərarası münasibətlərdə
daima ierarxiyanı gözləmək, yaşlılara və ierarxiyanın yuxarı
pilləsində dayananlara tabeçilik, sədaqətlilik kimi keyfiyyətləri
aşlamışdır.
Yaponiyada iki din tarixən möhkəmlənmiş və indi də xalqın
həyatında hakim mövqe tutur: sintoizm və buddizm. Sinto ən
qədim yapon dinidir.Onun yaranma tarixi çox qədimlərə gedib