Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə187/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
193 
şagirdlərin zahiri görünüşü barəsində isə ciddi nizam-intizama 
riayət olunur. Artıq burada qruplar şəklində ciddi bölgü olur. 
Məsələn, əgər uşaq(şagird) yaxşı üzə bilmirsə onu həmin 
hovuzdakı qrupdan ayırıb, ayrı bir qrup təşkil edirlər. Buna görə də, 
orta məktəbdə qruplarda yer üstündə mübarizə başlanır və bu 
səbəbdən də yaşıdların arasında münasibət pozulur. Bu dövr 
uşaqların həyatında çox ağrılı keçir. Qayğısız uşaqlıqdan böyük 
həyata keçid dövründə yeniyetmələr tərəfindən tez-tez intihar 
halları baş verir. Bunun səbəbi isə stress və sərt çərçivələrdə 
qoyulmuş şərtlərdir. Yalnız 15 yaş sərhəddinə çatanda, Yaponiyada 
uşaq böyük insan hesab edilir və onlarla bərabər hüquq və 
davranışlar çərçivəsində münasibət qururlar. Bu dövrdə uşaqların 
əksəriyyəti bu kollektivin şüuru ilə uyğunlaşmış olurlar. 
Yaponiyada oğlanların tərbiyəsi qızların tərbiyəsindən kəskin
sürətdə fərqlənir. Oğlan – gələcəyin kişisi və ailə başçısıdır. 
Onların tərbiyələrinin bünövrəsi samurayların ənənələri ilə sıx 
bağlıdır: böyük bir cəsarətlə həyatın ağrı və əziyyətlərini daşımağı 
bacarmalıdır. Ona görə cavan oğlanlara həsr olunmuş bayramlarda 
havaya müxtəlif rəngli karpın təsvirlərini buraxırlar. Yapon 
mədəniyyətində “karp”- simvolik balıqdır. O uzun müddət suyun
axınına qarşı üzə bilir. Bununla kişinin həyatın çətinliklərinin 
öhdəsindən necə gəlməli olduğunu sübut etməyə çalışırlar.Yapon 
ailəsində qız gələcəyin anası, ailənin qoruyucusudur. Erkən 
yaşlarında ona sakit, dözümlü olmağı, ailə başçısına (kişiyə) qulaq 
asmağı öyrədirlər. Konfutsi təliminə görə: “Gənclikdə qadın 
“anaya”, evli olduqda “ərə”, qocaldıqda isə “öz oğluna” tabe 
olmalıdır.
Amelya Notomb “Qorxu və titrətmə” adlı kitabında yapon 
ailəsində qızların tərbiyəsinin maraqlı interpretasiyasını gətirib. 
Yaponlar erkən yaşda onların yaxşı, mənəvi hissələrini öldürür və 
qıza hədsiz qadağalar qoyurlar. Beləki qız hər hansı tələblərlə 
razılaşmırsa ona belə cavab verirlər: “Əgər sənin belə yaşamaq 
xoşuna gəlmirsə, bircə çıxış yolu var- intihar” . Bu sözlər heç də 
istehza kimi səslənmir. Çünki Yaponiyada intihar- hörmətli aktdır, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin