Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə145/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
150 
Həmçinin elə bunu partnyordan da gözləyirlər. Cənubi Koreyada 
formal olmayan əlaqələr regional, nəsli, qohumluq, dostluq, 
xüsusən də yüksək hakimiyyət eşalonlarındakı əlaqələr böyük rol 
oynayır. Tərəf müqabilinin təsirinin real səviyyəsini aşkarlamaq 
Cənubi Koreyalılar üçün danışıqlar prosesinin prespektivini 
qiymətləndirmək məqsədilə çox vacibdir, baxmayaraq ki, onların 
şərtlərində sadəcə qeyri-formal kömək bütün işi həll edə bilər. 
Uğurlu danışıqlar üçün ən mühüm şərtlərdən biri cənubi 
koreyalıların statusuna hörmət etməkdir, amma bundan baş 
çıxarmaq müşkül məsələdir. Onlarda vəzifə və rütbə sistemi rus və 
ya qərb sistemindən güclü fərqlənir, ingilis dilinə tərcümə isə 
tamamilə qarışıqlığa gətirib çıxara bilər. Onlar onlarla danışıqlara 
gələnin üzündə məsuliyyətli qərar qəbul etmək etimadı olmayanda 
çox məyus olurlar. Əgər qərar qəbul edilsə, Cənubi Koreya tərəfi 
dərhal onun icrasına hazır olduğunu ifadə edir. Onlarda bu tip 
cavablara çaşqınlıq bəzən də qıcıqlanma baş verir: “fikirləşmək 
lazımdır”, “razılaşmaq lazımdır” və ardıcıl razılaşmalar. 
 
Danışıqların aparılmasında “sovet milli üslubu” 
Bir çox qərb mütəxəssislərinin fikrinə görə Sovet danışıq 
aparma üslubu qərb ölkələrindən tamamilə, Amerikan stilindən isə 
qismən fərqlənir. 
Daha çox yayılmış fikrə görə Sovet ölkələrində bu və ya 
digər məsələnin həlli zamanı danışıqlarda bu və ya digər sualların 
müzakirəsində ümumi məqsədlər daha vacib idi. Sovet 
təmsilçilərinin danışıqlara ənənəvi yanaşması ehtiyyatlı, risksiz 
hərəkət etmək çərçivəsində yaxşı sezilirdi. Bu hallarda ki, daha 
riskli və qismən riskli variant yarandıqda sovet tərəfi ikinci variantı 
daha az riskli variantı seçirdilər. Aydındır ki, riskdən qaçmaq 
orientasiyası, uğursuzluq qorxusu danışıqlarda təşəbbüs 
məhdudiyyətinə təsir göstərirdi. 
Sovet danışıqlarının təmsilçiləri məsələnin özünun həlli 
variantını irəli sürməkdən daha çox tərəf müqabilinin təklifini üstün 
tuturdular. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin