Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə142/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
147 
ticarət sahəsində aparılan danışıqlarda xüsusi bacarıqlı və təcrübəli 
nümayəndələrə malik olurlar. Onlar böyük miqyaslı sövdələşmələr 
barədə məlumatlı olurlar və özlərinə sərfəli məzmundan çıxış 
edirlər. Bu səbəbdən çinlilərlə danışıqlara diqqətlə hazırlaşmaq 
lazımdır. Ümumdünya bazarında vəziyyətdən məlumatlı olmaq, 
danışıqların mövzusuna dair texniki-iqtisadi analizlər aparılmalı və 
nəticələrə əsaslanmalıdır. 
Adətən çinlilər danışıqlar zamanı öz mənafelərini birinci 
bildirən, təkliflərini açıq şəkildə bildirən tərəf olurlar. Güzəştə ən 
son anda, partnyorun bacarığını bütünlükdə qiymətləndirdikdən, 
onun haqda ətraflı məlumat öyrəndikdən sonra gedirlər. Hətta bir 
çox hallarda onların güzəşt etmələri artıq faydasız olan bir məqama 
təsadüf edir. Onlar hətta bu məqamda belə qarşı tərəfin bütün səhv 
və yalnışlarından istifadə etməyi bacarırlar. 
Çinlilər baş tutması planlaşdırılan sövdələşmənin bütün 
aspektlərini və nəticələrini incəliklərinədək nəzərdən keçirmədən 
heç zaman qərar qəbul etmirlər. Ancaq qərarın daha mühüm 
məqamları kollektivdə, səsvermədə üstünlüyün toplanması yolu ilə 
reallaşır. Danışıqlarda əldə olunmuş razılıqları çinlilər mütləq 
şəkildə həyata keçirirlər. 
Çinlilər əldə olunmuş razılaşmanın icrasına çox böyük önəm 
verirlər. Sövdələşmənin bu mərhələsində onlar kifayət qədər təzyiq 
etmək iqtidarında olurlar. 
Danışıqların aparılmasında “misir milli üslubu” 
Həqiqətən də Misir qədim insanlığa xas olan özünəməxsus 
xüsusiyyətlərinə görə insan sivilizasiyasının ən qədim 
mənbələrindən biri hesab edilir. Misirlilər üçün milli şərəf hissi və 
öz ölkələrinin qədim adət-ənənələrinə riayət etmək xarakterikdir. 
Danışıqlar prosesində bu fakt özünü aydın görsədir ki, Misir güclü 
idarəetmə dövlətidir və həmçinin burada sərt adminstrativ davranış 
qaydaları inkişaf edib. Misirlilər milli müstəqilliklə bağlı suallara 
qarşı çox həssasdırlar. Onlar öz daxili işlərinə yönəlmiş istənilən 
müdaxiləni çox sərt, qeyri-şərtsiz və kompromissiz formada rədd 
edirlər. Onlar danışıqların səviyyəsinə, danışıqların iştirakçılarının 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin