ETNOPSİXOLOGİYA 141
olduqca dəqiq olmalıdır. Təkliflər qısa 10-15 sözdən ibarət
olmalıdır.
Fransızlar bir çox önəmli qərarları sadəcə danışıq masasında
deyil, yemək masası arxasında da müzakirə edərək qəbul etməyə
üstünlük verirlər.
Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, fransızlar qərar
qəbulu zamanı daha sərbəst və müstəqildirlər. Fransada bürokratik
əlaqə obyektiv reallıqdır. Burada qərarları yuxarı təbəqənin azsaylı
üzvləri qəbul edir. Danışıqların səviyyəsi nə qədər aşağı olarsa,
qərarların qəbulu da o qədər çox zaman alır.
Mütəxəssislər müəyyən etmişlər ki, fransızlar üçün bir-birinə
oxşarlıq xarakterik deyil, onların davranışı fərqliliklə seçilir, onlar
üçün yeganə davranış üslubu yoxdur.
Fransada iş adamı ilə nahar qeyri-formal ünsiyyət
elementidir.
Danışıqların aparılmasında “ingilis milli üslubu” Bütün dünyada belə hesab olunur ki, amerikanlar kimi
ingilislər də ən yüksək keyfiyyətlərə malik danışıq nümayiş etdirən
nümayəndələrdir. Onlar yüksək peşəkarlıq səviyyəsi ilə
fərqlənirlər. İngilislər xidmətlər bazarında vəziyyəti xırdalıqlarla
analiz etməyi, qısa və orta müddətli proqnozlar tərtib etməyi
bacarırlar, lakin iqtisadi amillərdən əlavə, sosial, siyasi və
beynəlxalq faktorların rol oynadığı uzunmüddətli proqnozların
verilməsində amerikanlardan geri qalırlar.
İngilislər əla təlim keçmiş və yüksək hazırlığa malik
professionallardır. Onlar saxtakarlığa, bacarıqsızlığa yol verməyən
müşahidəçi və layiqli psixoloqlardır (sosial psixologiya təlim
proqramında ən önəmli mövzulardan biridir).
Hələ təlim-tədris dövründə ingilislər ticarət danışıqlarında
strategiya və taktikalar məsələlərinə dair nəzəri və praktik
məlumatlar əldə edirlər. Onlardan praktik yardım istədikdə və
zəngin təcrübələrinə uyğun şəkildə qiymətləndirdikdə ingilislər
bunu çox bəyənirlər. Onlar öz uğurlarının sirrini həvəslə bölüşür,
bu və ya digər bazarda vəziyyətə dair məlumatları verirlər.