ETNOPSİXOLOGİYA 138
danışıq zamanı tərəf müqabili ona təqdim edilmiş material ilə tanış
deyilsə, yaxşı olar ki, nümayəndə materialın ona çox yaxşı tanış
olduğu təəssüratını yaratsın.
Amerikanlar üçün güclü mövqe tutma xasdır ki, bu onlara
özlərini kifayət qədər inadcıl aparmağa və təslim olmamağa imkan
yaradır. Onlar danışıqlarda öz məqsədlərini reallaşdırmaq üçün
olduqca ağır və davamlı mübarizə aparır, sövdələşməni (razılaşma
yolu ilə əldə edilmiş nəticə) çox sevir, pulsuz həlledici olan heç bir
şeyi etmir, demək olar bütün problemlərdə hadisələrin gedişatı
barədə proqnoz verməyə çalışırlar.
Onlar qərarlar və ya təkliflər paketində müxtəlif məsələlərin
əlaqələndirilməsinə böyük diqqət ayırırlar. Çox zaman isə özləri
baxılması üçün bu cür “paket”ləri təklif edirlər. Hansısa məsələ
onların şəxsi mənafelərinə zidd gəldikdə isə bir neçə fərqli
məsələləri bir “paket”də birləşdirirlər və bu yolla hər iki tərəfin
marağı və mənafeyini tarazlaşdırırlar.
Amerikanlar istənilən planlaşdırılmamış,
əvvəlcədən
düşünülməmiş vəziyyəti və situasiyanı mənfi qəbul edirlər. Onlar
hər bir amili hesablamağı, risk faktorunu nəzərə almağa
öyrəşmişdirlər. İstənilən gözlənilməz vəziyyət onlar tərəfindən ya
tərəf müqabilinin bacarıqsızlığı, ya da hansısa qaranlıq, gizli
məqamın olması kimi qiymətləndirilir. Hər iki hal isə onların
razılaşmadan və sövdələşmədən imtina etmələrinə səbəb ola bilər.
Amerikanlar razılıq əldə olunduğu zaman sövdələşmə barədə
nəşriyyatlarda (kütləvi informasiya vasitələrində) işıqlandırılmaya
yüksək qiymət verirlər.
Amerikanlarla danışıqlar zamanı tərəf müqabili mütləq
şəkildə hansı işlərlə məşğul olduğunu, digər oxşar şirkətlərlə özü
arasında fərqi, üstünlükləri, nəyə görə bu sövdələşmədə
amerikanların digər müvafiq təşkilatları deyil, məhz onları seçməli
olduğunu faktlarla izah etməlidir. Bunlar edilməzsə, amerikanlar
qeyd olunanları aydınlaşdırmağa sadəcə zamanlarını sərf
etməyəcəklər, tərəf müqabillərinin ümumiyyətlə qeyd olunan
üstünlüklərə malik olmadığını düşünəcəklər və tez bir zamanda