Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə135/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
140 
məmnunluq hissi keçirirlər. Bununla belə, mehribanlıq və ya 
səmimiyyət yaratmaq üçün fransız tərəfdən olan nümayəndənin 
şəxsi həyatına dair məsələlərə (onun inancları, xidməti karyerası, 
yaşam səviyyəsi, sağlamlıq vəziyyəti, ailə vəziyyəti, siyasi 
görüşləri və s.) qarışmaq məqsədəuyğun deyildir. 
Belə hesab olunur ki, fransızlar “göz-gözə” olan söhbətlərdən 
qaçırlar. Bununla belə, onların kimlə danışıq apardığından asılı 
olaraq davranışları da dəyişə bilər. 
Danışıqların gedişatında Fransada əlaqələr və tanışlıqların nə 
qədər mühüm rol oynadığını nəzərə almaq faydalıdır. Bu ölkədə 
işgüzar və ya siyasi mühitdə elita təbəqəsi məhduddur, “yadlar”ı 
bura daxil etmirlər. Vasitəçilik (tanışlıqlar və münasibətlərdən 
istifadə etmək) faktından yararlanmaq mümkündür. 
Fransızlar qəbul olunan qərar nəticəsində aidiyyatı olan bütün 
aspektləri diqqətlə nəzərdən keçirir və araşdırırlar. Amerikanlardan 
fərqli olaraq fransızlar riskli addımlardan qaçmağa çalışırlar. Onlar 
danışıq masasında özlərini bu və ya digər məsələnin məqsədəuyğun 
olduğuna inandırmağa, asanlıqla yol vermirlər. Onlar üçün siyasi, 
iqtisadi, texniki baxımdan faktlarla əsaslandırılmış arqumentlər çox 
önəmlidir. Fransızlar danışıqların hər bir elementini 
əsaslandırmağa, müzakirə etməyə üstünlük verirlər. Fransızlar 
ənənəvi olaraq məntiqi sübuta və “ümumi prinsiplər”ə əsaslanırlar. 
Hazırlıq danışıqlarına xüsusi diqqət ayırırlar. Belə ki, gedişatda 
hansısa mühüm məsələni bir dəfə olmaqla müzakirə etməyi 
sevmirlər. Tərəf müqabili danışıqlar zamanı gözlənilməyən 
dəyişikliklər etdikdə, bu onların xoşuna gəlmir. 
Adətən fransızlar danışıqları olduqca sərt aparırlar və bir 
qayda olaraq ehtiyyat variantları olmur. Onlar kifayət qədər tez-tez 
tərəf müqabilinin danışığını bölərək kəskin tənqidi fikir söyləyə 
bilirlər və ümumiyyətlə danışıqlar zamanı qarşıdurma mövqeyini 
seçirlər. Lakin, bu istənilən fikri söyləyən ənənəvi fransız 
mehribanlığını, mədəniliyini, ünsiyyətdə yumordan istifadəni 
qoruyurlar. 
Fransızlarla aparılan danışıq konkret, qısa, hazırlanmasında 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin