ETNOPSİXOLOGİYA 139
özlər haqda daha dolğun məlumat verə biləcək başqa bir təşkilatla
sövdələşmə edəcəklər.
Nəzərə alınması önəmli olan amillərdən biri də odur ki, ABŞ
ümumiyyətlə tövsiyyələrə çox əhəmiyyət verir. Onlarla ticarət
danışıqları aparılan zaman daha öncə əməkdaşlıq edilmiş ABŞ-ın
işgüzar şəxsləri və şirkətlərinin adını qeyd etmək faydalı və
əhəmiyyətlidir.
Amerikanlar o halda müəyyən ölkələrin nümayəndələri ilə
saziş bağlayırlar ki, partnyor təşkilat olan ölkənin qanunvericiliyinə
əsasən bu cür sövdələşmələr müsbət hal kimi qiymətləndirilir və
dəstəklənir.
ABŞ-la danışıqlar zamanı xarakterik xüsusiyyətlərdən biri
razılaşma mətninin, xüsusilə də ticarət danışıqlarında razılaşma
üçün hazırlanmış sənədlərin həmçinin çox olmasıdır. Misal üçün,
adi ofisin uzunmüddətli kirayəsi üçün bütün xırdalıqların nəzərə
alındığı 30 səhifəlik sövdələşəmə sənədləri ilə baş tuta bilər. Bu,
tipik haldır. Belə ki, bütün dünyaya amerikanların qalın və
çoxhəcmli nikah sənədləri məlumdur. Bundan əlavə, ABŞ
qanunlarına əsasən şifahi formada sövdələşmə şərtlərini dəyişmək
qadağandır. İmzalanmış sövdələşmə qaydalarını yalnız rəsmi və
yazılı formada dəyişmək mümkündür.
ABŞ-da iş adamı ilə nahar yalnız ciddi işgüzar ünsiyyətlə
müşayiət olunur.
Danışıqların aparılmasında “fransız milli üslubu” Danışıqlar zamanı fransızlar öz sərbəstliklərini və
müstəqilliklərini saxlamağa çox meyllidirlər. Bu hiss onlarda
xəstəlik kimidir. Onlar danışıqlar zamanı ingilis və ya alman dilinin
aparıcı dil olaraq istifadə olunmasına olduqca sərt formada reaksiya
verirlər. Belə ki, bu zaman milli qürur hisslərinin alçaldığını
düşünürlər və ona görə də məhz öz doğma dillərinin işçi dil olaraq
istifadə edilməsinə üstünlük verirlər.
Onlar tərəf müqabilinin fransız tarixi və mədəniyyəti, fransız
xalqı haqda müəyyən qədər məlumatlı olmağına çox böyük önəm
verirlər. Ölkələrinə olan maraq və meyldən, heyranlıq və