ETNOPSİXOLOGİYA 132
- soyqırım, yəni qarşı qrupun məhv edilməsi
- assimilyasiya, yəni dominant qrupun adət, norma və
inamların könüllü və ya məcburi, tədricən qəbul edilməsi
- seqreqasiya , yəni qrupların ayrı inkişaf kursu
- inteqrasiya, yəni cəmiyyətə birləşmə prosesində qrupların
öz mədəni identikliyini qoruyub saxlamaq.
Bu modelin müəllifi fərdlər üçün də mədəniyyətlərarası
əlaqələrin mümkün nəticələrini göstərmişdir.
Adaptasiya prosesində “qaçaq” yad mədəniyyətin xeyrinə öz
mədəniyyətindən imtina edir; “şovinist” doğma mədəniyyətin
xeyrinə yad mədəniyyətindən imtina edir; “marginal” iki
mədəniyyət arasında tərəddüd edir; “vasitəçi” iki mədəniyyəti
sintez edir.
Oxşar konseptual sxemi Berri də təklif etmişdir. Onun
fikrincə, həm fərd, həm də qruplar 4 strategiyadan istifadə edə
bilərlər. Bunları akkulturasiya strategiyaları adlandırmışdır.
- İnteqrasiya- qarşılıqlı əlaqədə olan qruplar və onların
nümayəndələri öz mədəniyyətini qoruyub saxlayırlar, eyni
zamanda bir-biri ilə sıx münasibətlər yaradırlar.
- Assimilyasiya- qrup və onun üzvləri öz mədəniyyətlərini
itirirlər, amma digər mədəniyyətlə əlaqələri saxlayırlar
-
Separatizm- qrup və onun üzvləri öz mədəniyyətini
saxlamaqla digər mədəniyyətlərdən imtina edirlər.
- Marginalizasiya- qrup və onun üzvləri öz mədəniyyətlərini
itirirlər, amma digər mədəniyyətlərlə də sıx əlaqə yaratmırlar.
Bu modellərin müəllifləri uğurlu adaptasiya yad
mədəniyyətlə assimilyasiya olmaması fikri ilə həmrəydilər. Bu
nəinki yeni mühitə sosial və emosional uyğunlaşmadır, çünki insan
yeni cəmiyyətdəki həyata yaxşı uyğunlaşmış ola bilər.
Mədəniyyətlərarası adaptasiya yeni mədəniyyətə qoşulma, onun
norma, dəyərləri və davranış modellərinin tədricən mənim-
sənilməsidir. Bununla yanaşı əsl adaptasiya hər hansı bir mədə-
niyyətə öz mədəniyyətinin zənginliyini itirməmək şərtilə sosial və
psixoloji inteqrasiyasıdır .