Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə114/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
119 
yapon və ingilis dili arasında fərqlər daha güclüdür, nəinki ingilis 
və alman dilləri arasında.
4.4. Ünsiyyətin ümumi və spesifik-mədəni 
xüsusiyyətləri 
Kommunikasiya müxtəlif yollarla otürülən və özünə çoxsaylı 
məlumatları daxil edən məzmunlu və mürəkkəb prosesdir. 
Mədəniyyət verbal və qeyri-verbal siqnalların kodlaşması və 
dekodlaşmasına hərtərəfli təsir edir. Bu təsirə görə mədəniy-
yətlərarası kommunikasiya prosesində konfliktlər və anlaşılmaz-
lıqlar qaçılmazdır. Müasir dövrdə mədəniyyətlərarası kommu-
nikasiya ilə bağlı mövzuların və problemlərin əhəmiyyəti daha da 
artır. Mədəniyyətlərarası maneələrə baxmayaraq müxtəlif 
millətlərin və xalqların nümayəndələri ilə ünsiyyət saxlamaq 
qabiliyyəti bizim həyatımıza təsir göstərir. Mədəniyyətlərarası 
ünsiyyət (kommunikasiya) bir çox tədqiqatların mövzusu olub. 
Qeyd etmək lazımdır ki, kommunikasiyaya müxtəlif təriflər 
verilmişdir. Ən geniş tərifə görə, kommunikasiya bilik, ideya, fikir, 
anlayış və emosiyaların mübadiləsidir. Kommunikasiya niyyətli və 
niyyətsiz ola bilər. İki və daha çox insan arasında istəyərək 
kommunikasiya baş verirsə, bu niyyətli kommunikasiyadır. Bu 
zaman kommunikasiya formaları kimi söhbət, danışıq, məktubun 
yazılması və s. çıxış edir. İki və daha çox insan istəmədən bir 
informasiyanı, məlumatı ötürürsə, bu niyyətsiz kommunikasiya 
olur. 
Kommunikasiyanın daha iki növünü ayırırlar: mədəniy-
yətdaxili və ya şəxsiyyətlərarası kommunikasiya və mədəniy-
yətlərarası kommunikasiya. 
Mədəniyyətdaxili və ya şəxsiyyətlərarası kommunikasiya 
eyni mədəni mühitin nümayəndələri arasında baş verir. 
Mədəniyyətlərarası kommunikasiya isə bir neçə mədəniy-
yətin nümayəndələri arasında baş verir. Təbii ki, kommunika-
siyanın bu növü daha mürəkkəb və çətindir. 
Kommunikasiyanın komponentləri (modusları). Kommu-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin