ETNOPSİXOLOGİYA 115
sındırmaq, kəsmək, içmək kimi sözlər hamının başa düşdüyü sadə
və ümumi anlayışlar müxtəlif mədəniyyətlərdə müxtəlif müvafiq
məna və çalarlar bildirə bilər və müxtəlif kontekstdə işlənə bilər.
Müxtəlif mədəniyyətlərin insanları eyni bir sözə müxtəlif
assosiyasiyalar yarada bilərlər. Öz ana dilimizin hər hansı bir sözü
və başqa dildə onun tərcüməsi haqqında düşünəndə bu sözlərin
dəqiq ekvivalentləri kimi qəbul etməməliyik.
Özünə və başqalarına göstəriş. İngilis dilində danışan insanlar
söhbət zamanı özlərini bildirmək üçün şəxsi əvəzliklərdən istifadə
edirlər: I (mən), You (sən) və s. bu sözləri kiminlə danışdığımızdan
asılı olmayaraq işlədirik. Məs, professor, valideyn, dost və
tanışlarla danışanda “I” əvəzliyindən istifadə edirik. Ünsiyyət
zamanı həmsöhbətimizi bildirmək üçün “You” əvəzliyindən
istifadə olunur. Amma bəzi dillərdə özünü və başqa insanları
bildirmək üçün daha mürəkkəb bir sistem mövcuddur. Bu sistem
danışan insanların qarşılıqlı münasibətlərin təbiətindən irəli gəlir.
Məs, yapon dilində ingilis əvəzliklərin ekvivalenti var, amma onlar
ingilis dilində kimi işlənilmir. Yapon mədəniyyətində dil, adət və
davranışın digər aspektləri ünsiyyət kontekstindən müvafiq olaraq
modifikasiya olunmalıdır. Yaponiyada dilə və davranışa təsir edən
ən vacib xüsusiyyətlər status və qrup orientasiyasıdır. Davranışın
bütün cəhətləri ünsiyyətdə iştirak edən insanın statusunun aşağı və
yaxud yuxarı olmasından dəyişilir. Eynilə davranış və dil insanın
hansı daxili qrupun üzvü olmasına əsasən də fərqlənir. Məs.,
Yaponiyada ünsiyyət zamanı müəllim özünü elə müəllim (sensey),
həkim doktor, valideynlər isə “ata” və “ana” adlandırırlar. Əgər siz
aşağı statusa maliksəniz, onda özünüzü aşağıdakı əvəzliklərdən biri
ilə adlandırmalısınız “vataçi”, “vatakusi”, “boku”, “ora”. Amma
qadınlar özlərinə “boku” və “ora” deyə bilməzlər. Daha yüksək
statuslu insanla söhbət edərkən özlərinə “vataçi” deyirlər, kişilər
özlərinə isə dostlarla, iş yoldaşlarıyla ünsiyyətdə “boku” və ya
“ora” deyirlər. “Sən” əvəzliyin (“You”) yapon dilində
ekvivalentləri var “anata”, “omae”. Bunları ən yaxşı tanış olan
insanlarla ünsiyyətdə işlədirlər.