ETNOPSİXOLOGİYA 116
Sayma sistemi. Sayma sistemi də dilin strukturuna
özünəməxsus təsir göstərir. Yapon dilində cisimlərin sayı üçün
müxtəlif sıra saylarından istifadə olunur. Məs, dairəvi və silindrik
əşyalar üçün sıra saylarına “xon” şəkilçisi əlavə olunur (ippon,
nixon), yastı əşyalar üçün isə “may” şəkilçisi əlavə olunur (icimai,
nimai). İngilis dilində isə əşyalar sadəcə olaraq nömrələnir (first,
second, third və s.). Yapon dilində 11-dən başlayaraq saylar başqa
cür əmələ gəlir 11= on + bir (yu + içi), 12= on + iki (yu + ni) və s.
İngilis dilində 20-dən sonra bu sistemlə əmələ gəlir: twenty one,
twenty two.
Mədəniyyət və praqmatika. Mədəniyyət dilin praqmatikasına
da təsir göstərir, yəni müxtəlif sosial kontekstdən asılı olaraq dildən
necə istifadə etmək lazımdır.
Kaşıma 71 ölkənin dilində danışan 39 dillərin linqvistik və
mədəni məlumatlarını toplayaraq tədqiq etmişdir. Mədəni
göstəricilərə 4 xüsusiyyət daxil edilmişdir: individualizm,
hakimiyyət məsafəsi, qeyri-müəyyənlikdən qaçması
və
maskulinlik. Alimlər belə bir nəticəyə gəliblər ki, şəxsi əvəzlikləri
aradan götürən dillərdə mədəniyyətlər daha çox individualist
mədəniyyətlərdir.
Gudikunst ABŞ-da, Nişida isə Yaponiyada dilin istifadəsində
mədəni fərqliliyi göstərən eksperimentlər keçirmişdilər. Yaponlar
amerikalılara nisbətən öz qrupun daxilində münasibətləri daha
yaxın münasibətlər kimi səciyyələndirirdilər. Mədəni fərqlər
ünsiyyətin digər sahələrində mövcud oldu, məs, uşaq hekayələri,
komplimentlər, tənqid, bağışlama və s. Amerikalılar üzr istəmək
forması kimi izah etmək, anlatmağa üstünlük verirlər, yaponlar isə
- kompensasiyaya. Sonrakı tədqiqatlar göstərdi ki, belə fərqlər
fərdi, individual səviyyədə dəyərlər və mənlik şüuru ilə və bəzi
şəxsi xüsusiyyətlərdən irəli gəlir.
Sepir-Uorf nəzəriyyəsi. Sepir-Uorf nəzəriyyəsi linqvistik
nisbilik fərziyyəsi kimi daha məşhurdur. Bu nəzəriyyəyə görə
müxtəlif dillərdə danışan insanlar müxtəlif cür düşünürlər və bu
onların dillərində olan fərqliliyindən irəli gəlir. Bu fərziyyə