ETNOPSİXOLOGİYA 117
təfəkkür və davranışda olan mədəni fərqləri anlamağa imkan verir.
1950-ci ildə Edvard Sepir və Benjamin Uorf bu fərziyyəni irəli
sürdülər. Əgər Sepir-Uorf fərziyyəsi doğrudursa bu o deməkdir ki,
müxtəlif mədəniyyətlərdə insanlar müxtəlif cür fikirləşir və bunun
səbəbləri onların dillərin təbiətində, strukturunda və
funksionallaşmasındadır. Onların təfəkkkür prosesləri,
assosiasiyaları, dünyanı şərh etmə üsülları hətta eyni hadisələrin
qavranması belə fərqli ola bilər, çünki onlar fərqli dildə danışırlar
və bu dil onların təfəkkürünün strukturunun formalaşmasına imkan
yaradır. Bu hipoteza fərz edir ki, daha çox dildə danışan insanların
təfəkkürü müxtəlif strukturlara əsaslanır. İlkin tədqiqatlarda Kerol
və Kasaqrande navaxo və ingilis dilinə danışan adamların müxtəlif
əşyalara münasibətlərini müqayisə ediblər. Navaxo dilində
linqvistik sistem daha mürəkkəbdir, məs, navaxo dilində müəyyən
feillər cisimlərdən, əşyalardan asılı olaraq müvafiq linqvistik
formalara dəyişilir. Linqvistik xüsusiyyətlər koqnitiv proseslərə
təsir edir. Onların eksperimentlərində navaxo dilində danışan
uşaqlar, ingilis dilində danışan uşaqlara nisbətən əşyaların daha çox
formalarını fərqləndirirdilər.
Müasir dövrdə insanlar bir neçə dildə danışırlar. Və
insanların fikirləri, hissləri və davranışları hansı dildə
danışdıqlarından asılı olaraq fərqlənir. Məs., Meksikadan olan
immiqrantlar həm ingilis, həm də ispan dillərində danışırlar. Əgər
ispan dilində danışırlarsa müəyyən tərzdə düşünürlər, ingilis dilində
danışanda başqa tərzdə düşünə bilirlər. Doğrudan da, iki dildə
danışan bir çox insanlar söyləyirlər ki, hansı dildə danışdıqlarından
asılı olaraq onlar müxtəlif cür fikirləşir, hiss və hərəkət edir. Biz
dili öyrənəndə onu müvafiq mədəniyyət kontekstində öyrənirik. İki
dildə danışmağı öyrənən insanlar iki fərqli mədəniyyət
kontekstində bunu edirlər. Beləliklə, müxtəlif dilləri istifadə
etməklə insanlar müxtəlif cür düşünürlər amma dillər öz-özlüyündə
təfəkkürdə olan fərqlərə görə cavabdeh deyil.
Sepir-Uorf fərziyyənin güclü və zəif tərəfləri vardır. Güclü
tərəfi ondan ibarətdir ki, dildəki fərqlər təfəkkürdə fərqlər yaradır.