Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə100/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
105 
Yanaşı yaşama- bu prosesdə ər-arvad öz fərqlərini qoruyurlar 
və bir-birlərini necə var elə də qəbul edirlər. 
Kontekstual konstruktivizmdə iki insan arasında olan 
mədəniyyət fərqləri xüsusi kontekstdə yaranır. Bu fərqləri aradan 
götürmək üçün hər bir situasiyanın leyhinə və əleyhinə olan 
fikirləri müzakirə etməli və bundan sonra rasional qərarlar qəbul 
etməlidirlər. 
Eyni zamanda nigahın daha da uğurlu olması üçün cütlük 
çevik və güzəştə getməyi bacaran olmalıdır. 
Mədəniyyət və aqressiya 
Uzun müddət aqressiya anlayışı tibbi, bioloji, irsi kateqoira 
kimi öyrənildiyinə görə psixoloji səhnəyə çıxarılmamışdır. Hal-
hazırda isə aqressiya bir çox elm sahələri üçün əsasən də 
psixologiya elmi üçün həlli vacib olan aktual problemlərdən birinə 
çevrilmişdir. Elmi ədəbiyyatda aqressiyanın psixoloji mahiyyətinin 
və mexanizminin öyrənilməsinə bir sıra tədqiqatlar həsr edilmişdir.
Aqressiya başqa adamların və ya qrupların məhv edilməsinə, 
fiziki və psixoloji zərər yetirilməsinə, xəsarət vurulmasına 
yönəlmiş fərdi və ya kollektiv davranış və hərəkətlərdir. 
Bioloji və fizioloji eksperimentlər göstərir ki, aqressiv 
davranışın yaranmasında ayrı-ayrı sinir mexanizmlərinin, 
hüceyrələrin rolu yüksəkdir. Bunun əksi olaraq son illərdə aqressiv 
davranışla bağlı tədqiqatlar, onun sosial amillərin təsirindən 
formalaşmasının sübüt edir. Bütün bunlara baxmayaraq aqressiya 
və aqressiv davranışı öyrənən bir çox nəzəriyyələr, məktəblər 
mövcuddur ki, onların hər biri lazımi arqument gətirməklə öz 
ideyalarını təsbit etməyə və vahid sistemə gətirməyə çalışırlar. 
Mədəniyyət insanların aqressivliyə meylli olub-olmamasına 
da təsir göstərə bilir. Bir çoxsaylı kross-mədəni tədqiqatların 
nəticələrinə görə Venesuela və Braziliyada yanomami etnik qrupu 
öz aqressiv meyllər ilə məşhurdur. Həm öz qrupuna, həm də yad 
adamlara qarşı çox aqressivdirlər. Hətta bu qrupa “qəddar insanlar” 
adı veriblər. 
Digər tədqiqatların nəticələrinə görə isti və rütubətli iqlimi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin