Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə99/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
104 
Müxtəlif ölkələrdə məhəbbət və romantik münasibətlərdə də 
mədəniyyətlərarası fərqlər mövcuddur. Məs., ABŞ və Almaniyada 
daha çox romantik münasibətlərə üstünlük verilir. İndividualist 
mədəniyyətlərdə romantik münasibətlər daha yüksək qiymətlən-
dirilir, nəinki kollektivist mədəniyyətlərdə. Asiya mədəniy-
yətlərində məhəbbətdən daha çox dostluğa qiymət verirlər. ABŞ-da 
hesab edirlər ki, nigah üçün məhəbbət yeganə və zəruri şərtdir, 
lakin digər mədəniyyətlərdə belə düşünmürlər. 
İnsanlar nigaha daxil olduqda müxtəlif konfliktlər 
qaçılmazdır, çünki iki insanın dünyagörüşündə və baxışlarında 
həmişə fərqlər mövcuddur. Mədəniyyətlərarası nigahlarda belə bir 
situasiyada daha da mürəkkəbləşir, çünki iki insan təkcə fərdi deyil
həm də mədəni fərqlərlə üzləşir. Mədəniyyətlərarası tədqiqatlar 
göstərir ki, belə nigahlarda konfliktlər bir neçə əsas səbəblərə görə 
yaranır: sevginin və səmimiliyin ifadə olunmasında çətinlik, nigah 
və uşaqların tərbiyəsinə baxışlarda fərqlilik. Digər potensial səbəb 
kişi və qadın gender rollarının anlaşılmasında fərqlilik, ailə büdcəsi 
baxışlarında fərqlilk və s. Müxtəlif mədəniyyətlərdə insanlar öz 
emosiyalarını müxtəlif cür ifadə edirlər. Müxtəlif mədəniyyətin 
nümayəndələri nigahla bağlı müxtəlif cür təsəvvürlərə malikdirlər. 
Amerikalılar üçün nigah iki sevən insanın birgə vaxt keçirməsidir, 
digər mədəniyyətlərin nümayəndələri üçün bu iqtisadi və sosial 
mənfəətlər əldə etmək və yaxud nəsil artırmaqdır. 
Bəzən mədəniyyətlərarası nigahlarda uşaqlar anadan olandan 
sonra mədəniyyətlərarası fərqlər daha kəskin özünü göstərməyə 
başlayır. Burda ən çox mübahisə uşaqların tərbiyəsində yaranır.
Mədəniyyətlərarası nigahlarda bu səbəblərdən yaranan 
konfliktləri aradan qaldırmaq üçün konstruktiv metodlardan istifadə 
etmək lazımdır. Holl konfliktlərin aradan qaldırmasının 3 yolunu 
göstərmişdir: təslim olmaq (kapitulyasiya), kompromiss və yanaşı 
yaşama. 
Təslim olmaq- öz mədəniyyətində qəbul olunmuş davranış 
vərdişlərindən imtina etmək və yoldaşın vərdişlərini götürməkdir. 
Kompromiss- bu baxışlarda oxşarlığın tapılmasıdır. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin