ETNOPSİXOLOGİYA
102
qarşı xoşniyyətli münasibət göstərirlər, qruplararası fərqləri o
qədər
də vurğulamırlar. Bu fərqlərə pozitiv və konstruktiv yanaşırlar.
Fiziki cazibədarlıq
Cazibədarlığın tədqiqatları göstərmişdir ki, müxtəlif
mədəniyyətlərdə şəxsiyyətin qavrama prosesində yalnız fərqlər
deyil, həm də oxşarlıqlar mövcuddur. Sosial psixologiyanın bu
sahəsi müxtəlif mədəniyyətlərdə stereotip və etnosentrizmin
anlaşılması üçün çox vacibdir. Çünki, qruplararası və
şəxsiyyətlərarası münasibətlərin əsasını təşkil edir.
Xarici görkəm
və xüsusilə fiziki cazibədarlıq insan haqqında mülahizələrimizə
təsir göstərir. Amerikalılar arasında keçirilmiş tədqiqatlar
göstərmişdir ki, xarici görkəmi yaxşı olan insanları daha mehriban,
ünsiyyətcil və maraqlı insanlar kimi qiymətləndirmişdilər. Eyni
zamanda belə insanları daha ağıllı və səriştəli hesab edirdilər.
Xarici görkəmin digər aspektləri də insanların qavramasına
təsir edir. Məs,
hündürboy insan cazibədar, rəhbərlik qabiliyyətinə
malik olan, səriştəli və yüksək maaş alan insanla assosiasiya
olunur. Uşaq cizgilərinə malik insanları mülayim, mərhəmətli,
sadəlövh, güzəştə gedən insan kimi qiymətləndirirlər.
Üz cizgiləri
böyük olan insanları isə güclü, praqmatik və aktiv hesab edirlər.
Gözəllik – nisbi anlayışdır və müxtəlif mədəniyyətlərdə
insanlar gözəllik haqqında tamamilə müxtəlif təsəvvürlərə malik
ola bilərlər. Cazibədarlıq anlayışının təyin edilməsində də
mədəniyyət fərqləri təsəvvürlərin formalaşmasına təsir edə bilər.
Misal üçün yaponlar üçün cazibədar
üz cizgiləri iri gözlər,
balaca ağız və balaca çənədir. Koreyalılar üçün isə iri gözlər,
balaca və gödək burun və balaca incə sifət daha cazibədar sayılır.
Koreyalılar bu cizgiləri yetkinlik və qanışirinliklə bağlayırlar.
Yaponlar isə bunu etmirlər. Bu nəticələr göstərir ki,
yapon və
koreya mədəniyyətində gözəlliyin müxtəlif standartları mövcuddur
və gözəllik bu iki mədəniyyətdə müxtəlif psixoloji mahiyyət
daşıyır.
Dostları ilə paylaş: