ETNOPSİXOLOGİYA 95
əsasında Z.Freydin baxışları dayanır. Z.Freyd hesab edir ki, insanda
libido (quruculuq) enerjisi ilə yanaşı mortido (dağıdıcılıq) enerjisi
də vardır. Ona görə də konflikt bioloji amillərlə insanın
anadangəlmə təbiətində olan aqressiv, destruktiv, dağıdıcı meyllə
bağlıdır. Z.Freyd, 1932-ci ildə A.Eynşteynə yazdığı “Müharibə
mütləqdirmi?” məktubunda göstərir ki, “İnsanlar arasında
konfliktlər, maraqların toqquşması güc vasitəsilə həll olunur.
Düşmənin qətli insana xas olan instinktiv qəddarlıq meyli ilə
bağlıdır.” K.Lorents də aqressiv davranışı bioloji cəhətdən ötrülən
aqressivlik instinkti ilə bağlayır. Onun fikrinə görə aqressiya
insanın daxili qüvvəsidir və bu da düşmən qonşulara qarşı yönəlmiş
olur, özünün aid olduğu qrupu və eyni zamanda özünü qorumağa,
hifz etməyə xidmət edir. Bəzən də etnik konfliktləri etnosun
frusturasiya (məqsədə nail olmağı əngəlləyən real və xəyali
maneələrlə bağlı olaraq insanın keçirdiyi hiss) haləti ilə izah
edirlər. Yəni qrupun arzu və istəklərinin boğulması, uzun müddət
qarşısı alınması, həyata keçməsinə “imkan verilməməsi”
aqressivliyi gücləndirir. Bu da qruplarası konfliktə səbəb olur.
2.Fərdi fərqlər qruplarası konfliktin əsas səbəbi kimi. İnsanın
“yad, özgə” qruplara münasibətini təhlil edən yanaşmalardan biri
avtoritar şəxsiyyət konsepsiyasıdır. “Berkli qrupu” tədqiqatçılarının
II dünya müharibəsindən sonra ABŞ-da həyata keçirdikləri lahiyə
antisemit (yəhudilərə nifrət etmə) idelogiyasına həssas olan
fərdlərin (potensial faşistlər) müəyyənləşdirilməsinə
istiqamətlənmişdir. T.Adorno və onun əməkdaşları Z.Freydin
ideyalarına istinad edərək qənaətə gəirdilər ki, özgə qruplara olan
münasibəti erkən uşaqlıq dövründə uşağın ailədə keçdiyi
sosialzasiya prosesilə, ələxsus ailədə emosional münasibətlərin
ambivalent olması ilə bağlıdır. Bu konsepsiyanın mahiyyəti belə
izah olunur ki, sərt və formal münasibətlərin hakim kəsildiyi ailədə
tərbiyə alan insan özünün aqressiv enerjisini bir hissəsini
başqalarına, xüsusilə özü ilə identifikasiya etmədiyi fərdin üzərinə,
daha dəqiq desək yad mədəniyyətin daşıyıcılarına yönəldir.
3. Real konflikt nəzəriyyəsinə görə qruplararsı konflikt qrup