Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə85/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
89 
 Çevik etnosentrizm aşağıdakı xüsusiyyətlərdə təzahür edir.
a) İnsan dərk edir ki, onun daxil olduğu mədəniyyət ətrafda 
baş verən hadisələri öz süzgəcindən keçirməklə həmin hadisələrə 
özünəməxsus rəng və ya emosional boya bəxş edir. 
b) Daxil olduğumuz mədəniyyət, fərqli şəkildə münasibət 
bəsləməkdə, hərəkətlər etməkdə, qavramağımıza, qiymətləndir-
məyimizə və ya həmn hadisəni müvafiq formada izah etməyimizə 
təsir göstərir. 
c) Fərqli mədəniyyətin nümayəndəsi, fərqli şəkildə münasibət 
bəsləyir və hərəkət edir. 
Qeyri-çevik etnosentrizm isə qeyd olunan bu 
xüsusiyyətlərdən uzaq olan etnosentrizmdir. Çevik etnosentrizm, 
hər hansı etnopsixoloji hadisə ilə bağlı “onları belə öyrədiblər”, 
“onlar belə adət ediblər”, “biz deyə bilmərik ki, yaxşıdır yoxsa pis” 
və s. kimi fikirlərlə izah edirlər. Qeyri-çevik etnosentrizmdə isə 
hadisələr və ya onlara olan münasibət “onlar dəhşətdirlər”, “heç 
belə şey olar”, “bax elə buna görə də onlara nifrət edirik”, 
“doğurdan bu belədir? ” və s. sözlərlə şərh olunur.
 Etnosentrizm (etnosentrizm) insanın ətrafda baş verən 
hadisələri yalnız öz mədəniyyəti süzgəcindən keçirməklə 
qavraması və qiymətləndirməsidir. Etnosentrizm müxtəlif ifadə 
dərəcəsinə malikdir. Bəzi tədqiqatçılar onun səbəbini etnosun, 
xalqın mənsub olduğu mədəniyyət tipi ilə əlaqələndirirlər. Belə bir 
fikir mövcuddur ki, öz qrup üzvləri ilə daha sıx bağlı olan 
kollektivist mədəniyyətin nümayəndələri, individualistlərlə 
müqayisədə etnosentrizmə daha çox meyilli olurlar. İsənilən halda 
etnosentizmin təzahür dərəcəsi daha çox sosial amillərlə, sosial 
struktur və etnoslararası münasibətin xarakterindən asılıdır. 
Azlıqların nümayəndəsi (say və statusa görə az və aşağı olan) öz 
qruplarına daha çox üstünlük verir etnosentrizmə meyl edə 
bilər.Etnik birliklər arasında münaqişə olduqda və digər 
arzuedilməz sosial şəraitdə etnosentrizm daha kəskin formada 
təzahür edir. Bu cür etnosentrizm davakar etnosentrim adlanır. 
Davakar etnosentrizm nifrət, inamsızlıq və qorxudan və ya öz 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin