Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə82/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
86 
Heterostereotiplər (hetero-stereotypes) başqa, yad qrupa 
(etnos, xalq, millət) aid olan ümumiləşmiş təsəvvürdür. 
Atribusiya (attribution) özümüzün və ya başqasının 
davranışının səbəbi haqqında hasil etdiyimiz qənaətdir.
Etnik stereotiplər sosial mühitin heykəltaraşı kimi qrupun və 
ya fərdin davranışında “artıq” olanı yonub “təmizləyir, onu 
müvafiq mühitə daha asanlıqla uyğunlaşmasını təmin edir.   
 
3.2. Etnofərqləndirici əlamətlər etnosentrizm 
Etnosentrizm (yun. Ethnos tayfa, qrup, xalq; lat.centrum 
mərkəz, cəmləşmə) etnopsixologiyanın təhlil vahidi olub, onun 
istifadə etdiyi əsas anlayışlardan biridir. Etosentrizm anlayışını 
elmə ilk dəfə 1883-cü ildə avstriya sosioloqu İ.Qumploviç 
gətirmişdir, amerikan alimi U.R.Semner isə 1906-cı ildə həmin 
anlayışdan geniş surətdə istifadə etmişdir. U.R.Semner hesab edir 
ki, etnosentrizm fərdin hər şeyin mərkəzində öz qrupunu qoyması 
və ətrafda baş verən hadisələri onunla ölçməsi və ona istinad 
edərək qiymətləndirməsi meylidir. Etnosentrizm fərdin və ya 
qrupun ətraf mühitdə baş verən sosial hadisələri aid olduğu qrupun 
norma və dəyərləri əsasında qavraması, qiymətləndirməsi və 
münasibət bəsləməsindən ibarət olan hadisədir. Bu zaman fərd aid 
olduğu mədəniyyətin dəyər və normalarını ideal və daha düzgün 
hesab edir, ona uyğun gəlməyənləri isə gerilik, elmdən, 
mədəniyyətdən uzaqda olan, vəhşilik kimi qiymətləndirir. Etalon 
kimi müxtəlif vasitələr götürülə bilər: din, dil, ədəbiyyat, geyim, 
mətbəx, oyunlar və s. 
Etnosentrizm sosial-psixoloji hadisə olub-qruplararası 
münasibəti əks etdirir. Əksər hallarda bu termin neqativ məna kəsb 
edir və bir insanın təsirinə məruz qaldığı sosial mühitin diktəsinə 
uyğun olaraq başqa insanı başa düşməmək kimi izah olunur. 
Sovetlər dönəmində sovet tədqiqatçıları etnosentrizmi-neqativ 
sosial hadisə hesab etmiş və onu millətçilik və rasizimlə 
eyniləşdirmişlər. Etnosentrizmi yalnız neqativ aspektdən qavramaq 
və izah etmək heç də düzgün deyildir. Çünki, etnosentrizm normal 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin