20. Təbii resursların sərfyyat, renta və qarışıq qiymətləndirilməsi.
Təbii resursların iqtisadi qiymətləndirilməsi altında təbii xüsusiyyətlərinə
ə
saslanaraq onların, pulla ifadə olunan təsərrüfat zənginliklərini anlamaq lazımdır.
İ
qtisadi qiymətlənmənin təbii göstəricisi yaxşı sahələrin az olması və təbii
resursların miqdarı, onların keyfiyyəti və ərazi müxtəlifliyidir. Resursun qiyməti
təbiətdən istifadə edən istismarçıların aldığı effektlə müəyyənləşdirilir. Müasir
dövrdə təbii resursların vacibliyi və labüdliyinin qəbul olunması imkanlarını 2 bir-
birindən fərqlənən metodoloji qiymətləndirmə konsepsiyası - sərfiyyat və renta
yaranmışdır. Müxtəlif konsepsiyaların yaranması təbii resursların ikili
xarakterindən irəli gəlir, bir tərəfdən onlar istehsalın təbii bazası kimi, əmək
məhsuldarlığının artım faktoru kimi çıxış edir, digər tərəfdən təbii resurslar onun
məhsulu, qiymət göstəricisi, milli sərvətlərin elementi hesab olunur.
Dostları ilə paylaş: |