Qarışıq qiymətləndirmə həm renta həm də sərfiyyatın cəmi şəklində
hesablanır. Yəni həm təbii resursların öyrənilməsinə və təsərrüfat dövriyyəsinə
çəkilən xərcə. həm də ondan alınan effektə görə qiymətləndirmədir.
Təbii resursların renta qiymətləndirilməsinə nəzəri metodoloji yanaşma və
xalq təsərrüfatında onların səmərəli istismarını müəyyənləşdirən metodlar görkəmli
iqtisadçılar. L.B.Kantoroviç, V.S.Nemçinov, N.P.Fedorenko, K.Q.Qofmanın
işlərinin əsasını təşkil edir.
Absolyut renta şəxsi torpaq mülkiyyətiylə bağlıdır, daha doğrusu – şəxsi
mülkiyyətin inhisarıdır. Absolyut rentanı torpaq mülkiyyətçisi icarədardan onun
məhsuldarlığından asılı olmayaraq, eyni səviyyədə həm pis, həm də yaxşı
torpaqlardan alır.
Dostları ilə paylaş: |