22. Ətraf mühitin mühafizəsi xərcləri və onların əsas istiqamətləri
Məskun mühitinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təbiətin
mühafizəsi fəaliyyətini həyata keçirmək böyük xərclər tələb edir. Bütün təbiətin
mühafizəsi xərclərini iqtisadi mahiyyətinə görə məsrəflərin qarşısını almağa və
iqtisadi ziyana bölmək olar ki, buraya təbii resurslarının birbaşa itkiləri və onların
ləğv etmə xərcləri daxildir. Təsərrüfat fəaliyyətində iqtisadi məsrəflərin qarşısını
almaq üçün keçirilən tədbirlərə ya mənbədə çirklənmə və yaxud miqrasiya yol-
larında çirklənmə xərcləri daxildir. Onlar iki əsas istiqamətdə nəzərə alınır:
— ətraf mühitə zərərli maddələrin atılmasını azaldan tədbirlərə (texnoloji
proseslərin təkmilləşdirilməsi, istifadə olan resursların keyfiyyətinin yaxşılaşdırıl-
ması və s.
— çirklənmə tullantılarının azaldılmasına yönəldilən mənimsənilmə və
onların yayılmalarına və ya izolə olunmasına yönəldilən tədbirlə təsir edən
tədbirlər (atmosfer tullantıları üçün tikilən uca turbalar, şəhərlərin yaşıllaşması və
s.).
Cəmiyyətin ekoloji təsiri struktur xərclərinə daxil edilir.
— ekoloji savadlanma, kadrların hazırlığı, ekoloji istiqamətlənmənin reklam-
nəşriyyat fəaliyyəti;
— elmi-tədqiqat və konstruktor-təcrübə işləri, həmçinin yeni ekoloji
texnologiyanın hazırlanması və həyata keçirilməsi;
— təbiəti mühafizə fəaliyyətini idarə edən institutların yaradılması və
təkmilləşdirilməsi; o cümlədən, ekoloji monitorinq, ekspertiza orqanlarının təşkili;
— təsərrüfat fəaliyyətinin ekoloji reqlamentinin hazırlanması (normativ-
metodik materiallar və sənədlər, ekoloji standartlar və s.);
— ekoloji infrastrukturun təşkili;
— maddi istehsal sferasının ekoloji modernizasiyası.
Dostları ilə paylaş: |