tənzimlənməsi qanunauyğunluğu.
Ekologiyanın prinsip və qanunauyğunluqları:
•
sosial-ekoloji tarazlıq qanunu (mühitə edilən həm təbii, həm də süni təzyiq
ilə mühitin bərpası arasında tarazlığın qorunması;
•
inkişafın mədəni idarə olunması prinsipi (ekoloji məhdudiyyətlər nəzərə
alınmaqla, ekstensiv inkişafa məhdudiyyətlərinin qoyulması);
•
sosial-iqtisadi əvəzləmənin qaydaları (cəmiyyətin tələbatının əvəz oluna
bilən yollarının müəyyən edilməsinin vacibliyi);
•
sosial-ekoloji bərpa edilməzlik qanunu −−−− (təkamil hərəkətinin geri
dönməsinin mümkünsüzlüyü, mürəkkəbdən daha sadə formaya doğru hərəkət).
•
Vernadskinin noosfer qanunu (noosferdə −−−− geosferdə insan şüuru və
ə
məyinin təsiri ilə biosferin dəyişdirilməsi qaçılmazdır, burada «insan-təbiət»
sisteminin inkişafında idrak həlledici rol oynayır.
V.İ.Vernadski qeyd etmişdir ki, insan fəaliyyətinin intensiv inkişafı,
ümumilikdə güclü geoloji qüvvəyə çevrilmişdir. Bu, biosfer keyfiyyətinin yeni
səviyyəyə keçməsinə şərait yaratmışdır. Nəticədə planetdə yaşamış canlı
orqanizmlərin bioloji müxtəliflik məskunları pozulmuşdur.
Bu dialektik ziddiyyət insan fəaliyyətinin təsirindən dağılmağa məruz qalmış
ə
traf mühitin və onun əsasında istehsalın səmərəliliyinə, iqtisadi inkişafın sürətinin
artmasına mane ola bilər.
Bununla yanaşı insan bioloji varlıq olaraq öz həyat fəaliyyətində ətraf
mühitdə maddələr mübadiləsini mütamadi olaraq aparmadan yaşaya bilməz. Ona
görə də cəmiyyət təbiətin bir hissəsi kimi, onun qanunları əsasında istehsal fəa-
liyyətini inkişaf etdirməlidir.
7
Bu qarşılıqlı əlaqənin həyata keçməsinin ümumi müddət vaxtı 3,5 mln ildən
az deyildir..
İ
nsanların bütün həyatı təbii mühitin xüsusiyyətlərindən asılı olduğuna görə
qarşılıqlı münasibətlərdə təbii amillər əsas
həlledici rol oynayır. İnsanlar birgə yaşayaraq, ovçuluq, balıqçılıqla məşqul
olmuş və təbiətə əsaslı təsir göstərməmişlər. Belə ki, insana ilk sosial cəmiyyəti
yaratmaq üçün xeyli zaman tələb olunmuşdur (yüz min illər), bu da içtimai içma
quruluşundan müasir tipli insanın formalaşmasına-neoantron yaranmasına imkan
vermişdir.
Dostları ilə paylaş: |