89
"Vətəndaş haqqında" (1642), "Cisim haqqında" (1655). "İnsan haqqında" (1658)
trilogiyasında özünün fəlsəfi, sosial-siyasi baxışlarının şərhini vermişdir. O, fəlsəfə
tarixində ilk dəfə mexaniki materializmin tamamlanmış sistemini yaratmışdır.
Hobbs fəlsəfənin əsas məsələsinin idealistcəsinə və dualistcəsinə həllinə qarşı
mübarizə aparırdı. Onun fikrincə, "dünya cisimlərin məcmusundan ibarətdir. Dün-
yada qeyri-cismani heç nə
mövcud deyildir". Dünya cismanidir, yəni "dünyada an-
caq cisim var, cisim yoxdursa, deməli, heç nə yoxdur". Hobbsun təliminə görə, ay-
rı-ayrı cisimlərdən materiya təşkil olunmuşdur.
Materiya əbədidir, onun təşkil
olunduğu ayrı-ayrı cisimlər isə müvəqqətidir, onlar meydana gəlir və yox olur. La-
kin bir mexaniki materialist kimi Hobbs materiyaya sırf kəmiyyət xarakteristikası
verirdi. Onun fəlsəfəsində maddi cisimlər, rəng, səs, iy və s. kimi keyfiyyətlərdən
məhrumdurlar. Bu keyfiyyətləri o, subyektiv keyfiyyətlər adlandırırdı. Hobbs hərə-
kəti materiyanın daimi xassəsi hesab edirdi. Lakin o, materiyanın hərəkət formala-
rının
müxtəlifliyini görə bilmir, hərəkətin yalnız mexaniki formasını qəbul edirdi.
Hobbs dünyanın dərk edilənliyini inkar etmirdi. O, insan biliklərinin mənbəyi-
ni obyektiv gerçəklikdə axtarır və göstərirdi ki, idrak duyğulardan başlayır. Lakin
o, duyğuların obyektiv aləmin subyektiv surəti olduğunu başa düşə bilmirdi. Onun
fikrincə, duyğu cismin hissəciklərinin hərəkətindən başqa bir şey deyildir. Hobbs
deyirdi ki, hisslər vasitəsilə insan şeylərin bütöv obrazını yaradır, ağlın vasitəsi ilə
isə onların tərkib hissələrini dərk edir. Hobbs idrak prosesində ağlın rolunu şişirdir,
duyğuların rolunu isə kiçildirdi. Onun idrak metodu rasionalizmin nominalizmlə
süni surətdə birləşdirilməsindən ibarətdir. Hobbs fəlsəfəsində empirik bilikdən ra-
sionala, təkcədən ümumiyə, hisslərlə qavranılanlardan anlayışlara
keçid nomina-
lizm konsepsiyası əsasında baş verir. Bu konsepsiyaya əsasən ümumi anlayışlar re-
al olaraq mövcud deyil, onlar özlüyündə "adların adı" deməkdir.
Hobbs hissi ilə
məntiqinin, təkcə ilə ümuminin dialektikasını başa düşə bilmirdi.
Hobbsun ictimai baxışları, onun dövlət və hüquqa dair təlimi də müəyyən ma-
raq doğurur. Lakin o, yanlış olaraq belə hesab edirdi ki, dövlət insanlar arasında
müqavilənin nəticəsində meydana gəlmişdir. Şübhəsiz, bu, dövlət haqqında yanlış
nəzəriyyə idi. Lakin o, dövlətə ilahinin yaratdığı bir quruluş kimi deyil, insanların
özlərinin yaratdığı bəşəri quruluş kimi baxırdı.
Hobbs dövlətin üç mümkün formasını göstərirdi:
monarxiya, aristokratiya və
demokratiya. O, mütləq monarxiyanı daha kamil forma hesab edirdi. Dövləti qay-
da-qanunun, nizam-intizamın anası adlandırırdı.
Hobbs dinin yaranması səbəbini cəhalətdə, insanların nadanlığında görürdü. O
belə hesab edirdi ki, dinin cəmiyyət həyatında müəyyən rolu var. Lakin din siyasə-
tə, dövlət işlərinə qarışmamalıdır.
Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də
Dostları ilə paylaş: