21
verilməsi məqsədəuyğundur.
Materiyanımı, yoxsa şüurumu ilkin əsas, substantiv başlanğıc hesab etdik-
lərinə görə filosoflar iki əks cərəyana mənsub olmuşlar
. Materiyanı müəyyəne-
dici, ilkin hesab edənlər materializm cərəyanına və onun müxtəlif məktəblərinə (sa-
dəlövh, mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) - varlığı, materi-
yanı şüur əsasında izah edən, ideyaları ilkin əsas, başlanğıc kimi götürənlər isə
idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm və subyektiv idealizm)
mənsub olmuşlar. Bu cəhətdən
obyektiv idealizm
insandan, bəşəriyyətdən kənar-
da, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya ruhu», «mütləq ide-
ya»nı əsas götürməklə,
subyektiv idealizm
isə insan şüuruna istinad etməklə fərq-
lənmişlər.
Materializm və idealizmin əksliyi təkcə nəzəri məsələ deyildir
, o həm
də sosial-iqtisadi, sinfi, siyasi və mənəvi səbəblərlə şərtlənir. Materializm öz məz-
munu və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxın-
dır, onunla qovuşur. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealiz-
mi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil hə-
qiqətə uyğundur və əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin
müxtəlif mövqelərdən izahıdır, insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə
inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiq-
ləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır,
həqiqətə yaxınlaşır, fikir plüralizmindən fikir aydınlığına keçilir.
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar müxtə-
lif cəhətdən yanaşıb cavab vermişlər. Dünyanın dərkedilənliyi prinsipi mövqeyin-
dən çıxış edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun qanunauyğunluq-
ları dərk ediləndir. Dünyada dərk olunmamış şeylər çoxdur, amma dərkolunmaz
şeylər yoxdur. Dünya və onun qanunları elmin və praktik fəaliyyətin inkişafı ilə ad-
dım-addım dərk olunur, əməli məqsədlərində insan həmin qanunlardan istifadə
edir. Lakin fəlsəfə tarixində gerçəklik və onun qanunlarının dərk edilməsinə şübhə
ilə baxan (onu müəyyən çərçivə ilə məhdudlaşdıran) skeptisizm (D.Yum və başqa-
ları) və dünyanın «sirli özündəşeylər» hesab edərək onun dərk edilməsini qeyri-
mümkün sayan aqnostisizm (İ.Kant və başqaları) cərəyanları («a» yunanca inkar
şəkilçisi, «qnosis» - bilik deməkdir, yəni «bilməzlik», «biliyin inkarı») olmuşdur.
Kant göstərirdi ki, insan təbiətdən qanunlar almır, əksinə təbiətə qanunları diktə
edir. Əslində isə insan idrakı tədricən mütləq həqiqətə yaxınlaşır. İnsan həqiqətə
çatdıqca Kantın özündə şeylərınin sonu çatır.
Dostları ilə paylaş: