qanun və qanunauyğunluq anlayışlarını nəzərdən keçirmək lazımdır.
Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifiyinə baxmayaraq,
onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisə- lər və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili təbiətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyektiv
aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk et-
məsi pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən in-
kişafı nəticəsində hasilə gəlmişdir.Hadisələr arasındakı hər cür əlaqə qanun deyil-
dir. Qanun mahiyyət xarakteri daşıyan daxili əlaqədir. Qanun hadisələrin hərəkətin-
də mahiyyət cəhətidir. Qanun və mahiyyət anlayışları eyni cür, eyni dərəcəli anla-
yışlardır. Məsələn, Mendeleyevin dövri qanunu elementin atom çəkisi ilə (indi de-
yildiyi kimi yükü ilə) onun kimyəvi xassələri arasındakı daxili mahiyyət əlaqəsini
aşkara çıxarır. Mahiyyət dedikdə, daxili, sabit əlaqələr nəzərdə tutulur. Mahiyyət
daxili bir cəhət olaraq, gerçəkliyin xarici dəyişən cəhətinə qarşı qoyulur. Biz: hadi-
sə xaricidir, mahiyyət isə daxilidir– dedikdə bununla xarici və daxili cəhətlər mə-
kan mənasında deyil, şeyin xarakteristikası üçün əhəmiyyəti cəhətincə bir– birinə
qarşı qoyuruq. Sonra, qanun hadisələr arasında zəruri münasibətdir. Qanunauyğun
əlaqələr müəyyən şəraitdə hökmən, zəruri qüvvə ilə fəaliyyət göstərir. Qalileyin
kəşf etdiyi qanun– cisimlərin düşməsi qanunu ona görə qanundur ki, ayrılıqda hər
hansı bir cisim təsadüfi surətdə deyil, bütün cismlər də həmişə yer səthinə 9,8
235
m/san2. təcillə düşür. Qanunun tələb etdiyi bütün şərait varsa, o, fəaliyyət göstər-
məyə bilməz.
Qanun-predmet və hadisələr arasındakı obyektiv, ümumi, mühüm, zəruri,