Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


nisbi sabit və təkrarlanan, müəyyən şərait daxilində həmin hadisənin inkişaf



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə217/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   307
333 felsefe muhazireler toplusu eyani

nisbi sabit və təkrarlanan, müəyyən şərait daxilində həmin hadisənin inkişaf 
istiqamətini müəyyən edən fəlsəfi kateqoriyadır.
“Qanun” və “qanunauyğunluq” terminləri eyni cür münasibətləri ifadə edir, 
buna görə də onlar çox vaxt eyni mənada işlənir. Lakin bu terminlərin işlədilməsin-
də müəyyən bir fərq də vardır. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə 
deyilir. “Qanunauyğunluq” termini isə, hər şeydən əvvəl, hadisələrin müəyyən düz-
günlüyü, ardıcıllığını göstərmək üçün işlədilir. Məsələn, ilin fəsillərinin dəyişmə-
sində müəyyən düzgünlük müşahidə olunur: yayın ardınca payız, payızın ardınca 
qış gəlir və i.a. Bu düzgünlükdə, ardıcıllıqda qanunauyğunluq təzahür edir. Günə-
şin və ayın tutulmasının dövrülüyü haqqına bunu söyləmək olar. “Qanunauyğun-
luq” termini müəyyən bir hadisənin təsadüfi olmadığını qeyd etmək lazım gəldiyi 
hallarda da işlədilir. 
Qanunauyğun əlaqələr hadisələrin səbəb ələqadarlığının nəticəsidir. Hadisələ-
rin arasında səbəbiyyət əlaqələri olmasa idi, heç bir qanunauyğunluq haqqında da-
nışıq da ola bilməzdi. İlin fəsillərinin dəyişməsi səbəbi, yəni Günəş ətrafında fırlan-
ması mövcud olmasa idi, həmin dəyişmədə möhkəm bir ardıcıllıq da ola bilməzdi. 
Lakin səbəbiyyət bütün qanunauyğun əlaqələri əhatə etmir və qanun qarşılıqlı sə-
bəb əlaqəsini heç də həmişə ifadə etmir. Yuxarıda qeyd etdiyimiz kimi, səbəbiyyət 
müxtəlif formaları elm tərəfindən aşkara çıxarılan obyektiv qarşılıqlı əlaqənin an-
caq bir hissəciyidir. 
Qanunauyğunluq əlaqənin mühümlüyü və zəruriliyi qanunun başqa xüsusiy-
yətlərini də müəyyən edir. Qanun hadisələrdə ən ümumi cəhətdir. Bu, o deməkdir 
ki, qanunun ifadə etdiyi müəyyən zəruri əlaqə ayrı– ayrı təkcə hadisələrə xas olmaq 
deyil, müəyyən mənada bütün hadisələrə və ya proseslərə xasdır. Təbiətin və ya cə-
miyyətin qanunu məhz ona görə qanun adlanır ki, ən ümumiliyi ifadə edir: əgər 
müəyyən şərait və səbəblər varsa, onlar hər yerdə və həmişə qəti və zəruri surətdə 
müvafiq hadisələr, nəticələr doğurur. Dünya cazibə qanunu təbiətdə istinasız bütün 
cisimlərə aid olan bir xassəni əks etdirir. Boyl– Mariott qanunu bütün qazlara deyil, 
maye halından çox uzaq şəraitdə olan seyrək qazlara xasdır. Lakin bu qanun qazla-
rın mahiyyət xassəsini ifadə edir. Onun müəyyən etdiyi əlaqə həmin şərait üçün zə-
ruri bir xarakter daşıyır, həmin əlaqə bu qazlar üçün ən ümumi cəhətdir. Çünki bir 
dəfə qazlar belə bir şəraitdə olduqda onların həcmi ilə təzyiqi arasında möhkəm bir 
münasibət mövcuddur. 
Qanunların əhatə etdiyi hadisələrin dairəsinin genişliyindən asılı olaraq, onlar 
daha çox və ya daha az ümumi ola bilər. Elə qanunlar vardır ki, təbiətin bütün hadi-
sələrində fəaliyyət göstərir (enerjinin saxlanması və çevrilməsi qanunu); elə qanun-
lar da vardır ki, materiyanın hərəkətinin ayrı– ayrı formalarına, məsələn, bioloji 
formasına xasdır. İctimai həyat qanunları da ümumilik baxımından müxtəlifdir: 
bunların bəziləri bütün formasiyalarda fəaliyyət göstərir, bəziləri isə bu və ya başqa 
formasiyaya xasdır. İctimai həyat qanunları da ümumilik baxımından müxtəlifdir: 


236
bunların bəziləri bütün formasiyada fəaliyyət göstərir. Həm təbiətə, həm cəmiyyətə, 
həm də təfəkkürə xas olan ən ümumi qanunlar fəlsəfə tərəfindən öyrənilir. 
Ən ümumi olmaq etibarilə qanun təkcə hadisələrdən kənarda, onların xaricində 
deyil, ancaq təkcə hadisələrlə, proseslərlə və i. a. əlaqədə mövcuddur. Qanun hadi-
sələrin bütün xassələrini deyil, onlardakı ən ümumini əks etdirdiyinə görə, təkcə 
hadisə qanundan zəngindir. Qanun hadisələrdəki möhkəm, sabit, təkrarlanan, eyni 
cəhətdir. Hadisələr eyni zamanda həm oxşar, həm də fərqli olur. Həmişə elə bir cə-
hət və ya bir neçə cəhət tapmaq olar ki, gerçəkliyin ən müxtəlif şeyləri həmin cə-
hətlərə görə bir– birinə oxşasın. Dialektika hadisələrin mütləq eyniyyətini inkar 
edir, lakin nisbi eyniyyəti (hadisələrin ayrı– ayrı cəhətlərə, xassələrə görə uyğunlu-
ğu) qəbul edir. Qanun o cəhəti əks etdirir ki, bunda müxtəlif hadisələr bir– birinin 
eynidir. 
Eyniyyət ancaq müxtəliflikdə mövcuddur, müxtəliflik isə müəyyən cəhətlərə, 
xassələrə görə hadisələrin eyniyyətini, vəhdətini istisna etmir. Elm hadisələrin qa-
nunauyğun əlaqələrini kəşf etməklə müxtəliflikdə eyniyyət, eyniyyətdə müxtəlifliyi 
müəyyən edir. Qanunlar obyektivdir. Müxtəlif tarixi şəraitdən asılı olaraq, qanunun 
təzahür forması dəyişir. Eyni qanunlar ən müxtəlif formalarda təzahür edir. Beləlik-
lə, qanunların fəaliyyəti şəraitdən asılıdır. 
Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Öz 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin