Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə214/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   307
333 felsefe muhazireler toplusu eyani

c)
Qnoseoloji funksiya. 
Materialist dialektikanın bu funksiyası öz ifadəsini 
onun idrak haqqında təlim olmasında tapır. Məlumdur ki, bütün elmlər xarici aləmi 


231
dərk etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak prosesinin qanunauyğunluqla-
rını və formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız materialist dialektika 
məşğul olur. 
ç)
Dünyagörüşü funksiyası. 
Materialist dialektikanın predmetindən belə nəti-
cə çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu funksiya öz ifadə-
sini insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik materialist 
təlimdə tapır. 
d) Metodoloji funksiya. 
Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, mate-
rialist dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və praktiki fəaliy-
yətin ən ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk olunması 
və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, onu ümumi 
metodoloji prinsiplərlə silahlandırır. Bununla əlaqədar olaraq dialektikanın bütün 
prinsipləri, qanunları və kateqoriyaları metodoloji əhəmiyyət kəsb edirlər. 
d) 
Qabaqgörənlik funksiyası. 
İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli 
təlim olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi irəlicə-
dən görmək imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını təşkil 
edən materialist dialektika adamlara sosial-siyasi hadisələrin inkişaf ehtimalını düz-
gün qiymətləndirmək, inkişaf meylini müəyyənləşdirmək, dərin intuisiya, zəngin 
təfəkkür və böyük həyat təcrübəsi əsasında hadisələri qabaqlamaq və gələcəyin mo-
delini yaratmaq imkanı verir. Məhz bu yolla insan inkişafın daxili qanunauyğun 
əlaqə və münasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hi-
potezlər yaradır, elmi kəşfləri qabaqcadan xəbər verir (məsələn, fizikada proton
neytron, pozitronun və s. mövcudluğunun qabaqcadan söylənməsi və s.) 
Nəzəriyyə və praktikada dialektikanın bütün funksiyalarının reallaşmasının 
əsas şərti onların dialektik vəhdətdə tətbiq olunmasıdır. Bunu fəlsəfi kateqoriya ki-
mi materiyaya verilən və yuxarıda bəhs etdiyimiz tərifdə aydın görmək olar. Həmin 
tərifdə dialektikanın qeyd etdiyimiz ontoloji, məntiqi, qnoseoloji, dünyagörüşü
metodoloji, proqnostik funksiyaları vəhdətdə reallaşmışdır. Materiyaya obyektiv 
reallıq kimi tərif verildikdə onun ontoloji aspekti, materiyanı obyektiv reallığı gös-
tərən fəlsəfi kateqoriya kimi müəyyənləşdirdikdə onun məntiqi aspekti, obyektiv 
reallıq olmaq etibarilə materiya insana onun duyğularında verilmişdir, bizim duy-
ğularımızdan asılı olmadan mövcud olmaqla onlarda əks olunur dedikdə onun
 
qno-
seoloji aspekti qeyd edilmişdir. Bunlardan başqa həmin tərif həm
 
də çox böyük 
dünyagörüşü və metodoloji əhəmiyyətə malikdir. Beləliklə, materiyaya verilən mə-
lum tərifdə dialektikanın bütün funksiyaları onların vəhdətində realizə olunmuşdur. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin