X FƏSİL DİALEKTİKA § 1. Dialektikanın mahiyyəti və strukturu § 2. Dialektikanın prinsipləri. Qanun və qanunauyğunluq § 3. Dialektikanın qanunları § 1. Dialektikanın mahiyyəti və strukturu Dialektika yunan sözü olub mübahisə etmək, müsahibə aparmaq bacarığı de-
məkdir. Dialektika quldarlıq demokratiyasının inkişafı ilə əlaqədar olaraq mübahisə
etmək, öz fikrilərini sübuta yetirmək, adamları ona inandırmaq, özünün haqlı oldu-
ğunu əsaslandırmaq və bununla da dövlət, məhkəmə və başqa işlərin müzakirəsi za-
manı tərəfdarlar qazanmaq bacarığının yüksək qiymətləndirildiyi qədim yunan fəl-
səfəsində meydana gəlmişdir.
Qədim Yunanıstanda dialektika dedikdə, müsahibə yolu ilə müsahibin mühaki-
mələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti başa düşü-
lürdü. O zaman xüsusi hazırlıq və böyük ustalıq tələb edən dialoq sənəti onun
işti-
rakçılarının müzakirə olunan məsələlər ətrafında bir-birlərinə suallar verən alterna-
tiv nöqteyi-nəzəri başa düşməyi, onun nöqsanlarını, ziddiyyətlərini aşkara çıxar-
maqla öz mövqeyinin üstünlüyünü sübuta yetirməyi ehtiva edirdi. Mübahisə prose-
sində müsahiblərin şərik olduqları bir iddiadan hər iki tərəfin mühakimələrinin cila-
landığı üçün başqasına doğru getməklə mövqelər yaxınlaşır və daha düzgün olur.
Nəticədə müxtəlif mövqelər nəzərə alınmaqla mühakimələrin birtərəfliliyi aradan
qaldırılır, həqiqətə yaxınlaşırdı.
Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın fəaliyyətin-
də geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks fikirlərin toqquş-
ması və uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti kimi baxırdı.
Dialektikaya mübahisə, dialoq sənəti kimi baxılması Orta Əsrlərdə və sonralar da
davam etmişdir. Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk etməyin və
dəyişdirməyin yeganə həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya vahid, rabitəli bir
tam kimi baxan, onu əbədi hərəkətdə, dəyişmə və inkişafda götürən dialektika təbi-
ət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında təlimə çev-
rilmişdir.